Tayanidən gənc azərbaycanlı dizaynerlərlə bağlı AÇIQLAMA
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliya Azərbaycanla enerji ilə yanaşı, kənd təsərrüfatı, tikinti, dəmir yolu, kosmik sənaye, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani jurnalistin sualını cavablandırarkən deyib.
O bildirib ki, iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Nazir sualtı kabellər, xammal və innovativ texnologiyalar sahələrində də birgə fəaliyyətin vacibliyini vurğulayıb.
A.Tayani İtaliya dizaynının Azərbaycanda tətbiqinin də perspektivli olduğunu bildirib. Onun sözlərinə görə, “Salone del Mobile” sərgisinin rəhbərliyi azərbaycanlı gənc dizaynerlərin hazırlanmasına dəstək göstərməyə hazırdır.
Nazir qeyd edib ki, məqsəd yalnız İtaliya məhsullarının Azərbaycana ixracı deyil, həm də İtaliyanın təcrübə və biliklərinin paylaşılmasıdır. Universitetlərarası əlaqələrin inkişafı da bu istiqamətdə mühüm rol oynaya bilər.
A.Tayani Bakının qədim və müasir memarlığını yüksək qiymətləndirdiyini, İtaliya dizaynının şəhərin müasir görünüşünə əlavə töhfə verə biləcəyini söyləyib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 23 Noyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















