Nura Suri Ramiz Mehdiyevi keçmişdə tərifləyib, indi söyənlərdən yazdı İKİÜZLÜ, SATQIN, VİCDANSIZ...
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması ona qarşı kampaniyaya da səbəb olub.
Bu kampaniyanı isə aparanlar bir zamanlar onun şəninə təriflər deyən deputatlardır.
İndi onlar Ramiz Mehdiyev haqqında ən sərt ifadələr səsləndirir.
Gununsesi.info xəbər verir ki, tanınmış müğənni Nura Suri isə bu adamlar haqqında danışıb.
“Sosial şəbəkələrdəki son xəbərlər ürək bulandırır. Qorxaq, ikiüzlü, yalançı, tamahkar, satqın, vicdansız və bu kimi xüsusiyyətlərə malik insanlar düşüblər əl-ayağa, danışdıqca da batırlar. Bütün bunları görmək və eşitmək, belə insanlarla hətta eyni ölkədə yaşamaq, təhqir kimidir.
Hörmətli jurnalistlər, bir vətəndaş kimi xahiş edirəm, belə insanların yaxşı və ya pis heç bir müsahibəsini, yazdığı statusu və ya bir cümləsini paylaşmayın.
Xahiş edirəm, bir müddət fəxr edə biləcəyimiz, qürur duya biləcəyimiz insanları, onların nailiyyətlərini və söhbətlərini paylaşın. Bir az bu çirkabdan təmizlənək, rahatlanaq. Vallah, fəxr edə biləcəyimiz insanlarımız çoxdur. Onları təbliğ edin”.
Firuzə Mahmudova
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Oktyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















