Icma.az
close
up
RU
Zahid Oruc: “Sənədsiz evlərə görə də hüquqi mexanizmlər mövcuddur

Zahid Oruc: “Sənədsiz evlərə görə də hüquqi mexanizmlər mövcuddur

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Əmlakla bağlı kompensasiya məsələləri Nazirlər Kabinetinin qərarları və digər normativ hüquqi aktlara əsasən tənzimlənir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Bakı şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda keçirilən konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc səsləndirib.

Deputat bildirib ki, yeni tikinti və infrastruktur layihələri çərçivəsində vətəndaşların əmlak sahələrinin ölçüsünə uyğun kompensasiyanın müəyyənləşdirilməsi mövcud normativ hüquqi sənədlərə əsaslanır.

Millət vəkilinin sözlərinə görə, şəxsi mülkiyyətdə olan sahələrin bölüşdürülməsi zamanı kompensasiyanın hansı növ əmlaka aid edilməsi mühüm əhəmiyyət daşıyır. Bu zaman yalnız rəsmi sənədlərə malik daşınmaz əmlak deyil, hüquqi statusu olmayan, lakin faktiki istifadə edilən torpaq sahələrinin də durumu nəzərə alınır.

“Əmlak və yaşayış evlərinə görə kompensasiya müəyyənləşdirilərkən aidiyyəti qurumlar tərəfindən hüquqi qiymətləndirmə aparılır. Vətəndaşların hüquqlarının qorunması, xüsusilə də sənədsiz ərazilərdə yaşayanların sosial təminatı üçün qanunvericilikdə bir sıra mexanizmlər mövcuddur”, – deyə o bildirib.

Parlament üzvü əlavə edib ki, hazırda bu sahəyə nəzarət edən qurumların sayı 14-dür. Onun sözlərinə görə, dövlət büdcəsi hesabına reallaşdırılan layihələr təkcə yeni yaşayış sahələrinin deyil, eyni zamanda inzibati binaların inşasını da əhatə edir.

“Yeni millətin inşası” devizi ilə həyata keçirilən bu layihələr təkcə fiziki binaların deyil, eyni zamanda sosial rifah və hüquqi sistemin möhkəmləndirilməsini hədəfləyir”, – deyə deputat vurğulayıb.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 May 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri