Icma.az
close
up
RU
Bu prosesdə Azərbaycanın rolu həlledicidir... Deputat

Bu prosesdə Azərbaycanın rolu həlledicidir... Deputat

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yaratdığı reallıqlar otuz ilə yaxın Ermənistanın işğalçılıq siyasətindən, müharibə təhdidlərindən əziyyət çəkən Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, qarşıdurmaların əməkdaşlıqla əvəzlənməsi üçün münbit zəmin formalaşdırıb. Hazırda region heç vaxt olmadığı qədər sülhə yaxındır. Bu məqsədlə, xüsusilə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə əldə olunan mühüm razılaşmalara uyğun olaraq hər iki ölkədə dövlətlər və hökumətlər tərəfindən ardıcıl tədbirlər görülür.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, regionda sülh quruculuğu prosesində qalib Azərbaycanın rolu həlledicidir:

“Müharibədən sonra Azərbaycan özünün həqiqətlərini, regionda yaratdığı reallıqları dünyaya qəbul etdirməyə nail oldu. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə liderlərin verdiyi birgə Bəyanat, sülh sazişinin paraflanması bunun təsdiqlənməsidir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Eyni zamanda, cəmiyyətləri sülhə hazırlamaq üçün vətəndaş cəmiyyətlərinin nümayəndələri qarşılıqlı olaraq səfərlər edirlər. Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə yaradılan “Sülh Körpüsü” platforması etimad quruculuğu prosesində fəal rol almağa başlayıb. Artıq hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin bir neçə dəfə qarşılıqlı səfərləri baş tutub. Bu da təsadüfi deyil. Çünki sülh prosesi dövlətlər və liderlər tərəfindən irəli aparıldığı kimi, cəmiyyətlər də barışığa hazırlanır”.

Deputat bildirib ki, vətəndaş cəmiyyəti ilə yanaşı, dövlət və hökumət nümayəndələrinin də qarşılıqlı səfərləri sülh prosesində vacib amildir:

“Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılıqlı olaraq səfərləri buna nümunədir. Bugünlərdə isə erməni mediası Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın yaxın vaxtlarda Azərbaycana səfər edəcəyi barədə məlumat yayıblar. Alen Simonyan jurnalislərə açıqlamasında məlumatı təsdiqləyib və səfərin dekabrın əvvəlində nəzərdə tutulduğunu deyib. Simonyan səfər zamanı müzakirə olunacaq məsələlərin gündəliyinin əvvəlki görüşlərin gündəliyindən çox da fərqlənməyəcəyini deyib”.

Millət vəkili xatırladıb ki, bu il iyunun 14-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistana – Dilican şəhərinə səfər etmişdi:

“Səfər zamanı o, Ermənistan Təhlükəsizlik Şurasının o vaxtkı katibi Armen Qriqoryanla görüşmüşdü. Göründüyü kimi, A.Simonyanın ölkəmizə səfəri cavab səfəri kimi dəyərləndirilə bilər”.

“Lakin A.Simonyanın səfər zamanı aparılacaq müzakirələrin əvvəlkilərdən fərqlənməyəcəyini deməsi heç də əsaslı deyil. Çünki bir neçə gün əvvəl Ermənistanda yeni konstitusiya layihəsinin mətninin açıqlanması bu ölkədə siyasi gərginliyi artırıb. Faktiki olaraq, parlament müxalifətinin həmin layihənin referenduma çıxarılmaması üçün real təsir imkanı var. Nəzərə alaq ki, Azərbaycan üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsi, ölkəmizə qarşı ərazi iddialarının bu sənəddən çıxarılması prinsipial xarakter daşıyır. Əgər, bu dəyişiklər baş verməsə sülh sazişi imzalanmayacaq. Bu da ilk növbədə, məhz Ermənistanın ziyanına olacaq. Bu baxımdan, A.Simonyan ölkəmizə səfəri zamanı bu məsələrə aydın cavab verməlidir. Ona görə də, gözlənilən səfər əvvəlki görüşlərdən müəyyən qədər fərqlənə bilər”, - Samir Vəliyev qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Noyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri