Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Azərbaycanın Avropadakı yeni rolu Deputat YAZIR...

Azərbaycanın Avropadakı yeni rolu Deputat YAZIR...

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mövcud münaqişənin doğurduğu geosiyasi təlatümlər, qlobal enerji bazarındakı qeyri-sabitlik və böyük güclər arasında artan rəqabət fonunda "Avropa Siyasi Birliyi" ümumavropa təhlükəsizliyi və strateji əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin bu foruma dəvət olunması və 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirakı ölkəmizin yalnız regional aktor kimi deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi və strateji sabitliyinin təminində artan rolunu nümayiş etdirir. Bu, ölkəmizin Avropanın enerji, nəqliyyat və geosiyasi tənzimləmə sahələrində etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın Avropa ilə siyasi dialoq və əməkdaşlıqda fəal mövqeyini ortaya qoyur.

Bu tipli beynəlxalq platformalarda iştirak Azərbaycanın regional və qlobal çağırışlara münasibətini birbaşa ifadə etməsinə, habelə strateji tərəfdaşlarla mövcud münasibətləri daha da gücləndirməsinə imkan verir. Xüsusilə də Aİ-yə üzv olmayan, lakin mühüm strateji sahələrdə Avropa ilə əməkdaşlıq edən Azərbaycan üçün bu format xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın "Avropa Siyasi Birliyi"ndə iştirakı ölkəmizə enerji təhlükəsizliyi və enerji təchizatının şaxələndirilməsi baxımından əsas tərəfdaşlardan biri kimi çıxış etmək imkanı verir. Ölkəmiz ilə Aİ arasında əməkdaşlığın əsas sütunu enerji sektorudur. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı alternativ enerji mənbələri axtarışını sürətləndirib və Azərbaycan bu baxımdan mərkəzi oyunçulardan birinə çevrilib. 

Eyni zamanda, ölkəmiz gələcəkdə yaşıl hidrogen bazarında mərkəzi platforma olmaq potensialı ilə Aİ-nin iqlim keçidi gündəmində də strateji rol oynamaqdadır. Nəqliyyat və logistika sahəsində də Azərbaycanın rolu artmaqdadır. Rusiya ərazisindən keçən marşrutların qeyri-sabitliyi fonunda Çin və Avropanı Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan vasitəsilə birləşdirən Orta Dəhliz daha da aktuallaşır. Azərbaycan bu marşrutun əsas dayağına çevrilərək Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları və rəqəmsal infrastruktur sahələrinə ciddi investisiya yatırır. Aİ üçün bu, mövcud siyasi risklərdən yan keçmək imkanıdırsa, Azərbaycan üçün Avrasiyanın geoiqtisadi mərkəzinə çevrilmək fürsətidir.

Regional sabitlik məsələsi də "Avropa Siyasi Birliyi"nin gündəliyinin mühüm elementidir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesi müəyyən irəliləyişlərə baxmayaraq, hələ də həssas mərhələdədir. Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayaraq, hərtərəfli sülh müqaviləsinə hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi çərçivəsində iştirakı Bakıya öz mövqeyini birbaşa Avropa liderlərinə çatdırmaq və vasitəçilik formatlarında təhriflərə yol verilmədən səsləndirmək imkanı verir.

Bununla yanaşı, xarici siyasəti balanslı və praqmatik xarakter daşıyan Azərbaycan Aİ, Türkiyə, Rusiya, İran və Çinlə paralel əlaqələr qurmaqla strateji muxtariyyətini qoruyur və “Heç kimə qarşı deyil, milli maraqlar naminə” prinsipini rəhbər tutur. Ölkəmizin "Avropa Siyasi Birliyi"ndə də iştirak bu çoxvektorlu strategiyanı tamamlayır, Avropa istiqamətini gücləndirir və çoxtərəfli siyasi dialoq üçün platforma yaradır.

Nəticə etibarilə, Azərbaycanın bu mötəbər sammitdə iştirakı Avropanın Cənubi Qafqaza daha geniş geosiyasi məkanın ayrılmaz tərkib hissəsi kimi yanaşdığını göstərir. Enerji dayanıqlığı, nəqliyyat əlaqələri və regional sabitlik Azərbaycanın konkret töhfə verə biləcəyi əsas sahələrdir. Qlobal turbulentlik dövründə Azərbaycan təkcə mövcud çağırışlara cavab vermir, həm də regional konteksti özü formalaşdıran suveren aktor, vasitəçi və qitələrarası körpü kimi çıxış edir.

Prezident İlham Əliyevin Tiranada  “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı ölkəmizin beynəlxalq miqyasda inam səviyyəsinin və dövlət başçımızın qlobal siyasi sistemdə nüfuzunun göstəricisi idi.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see637

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see565

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see443

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see311

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see307

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see306

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see293

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see283

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see250

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see243

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see230

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see229

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see217

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see215

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see213

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see213

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see195

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see188

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see185

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri