Icma.az
close
up
RU
Bu prosesdə qardaş Pakistanın fəallığı xüsusilə təqdirəlayiqdir Deputat

Bu prosesdə qardaş Pakistanın fəallığı xüsusilə təqdirəlayiqdir Deputat

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hazırda dünyada mürəkkəb proseslər baş verir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Lakin bir sıra hallarda qlobal güclər öz maraqlarını təmin etmək üçün beynəlxalq hüquq normalarını görməzdən gəlir. Belə hallar isə dünyada yeni ziddiyyətlər və münaqişələr yaradır”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi məhz beynəlxalq hüququn böhran səviyyədə olması ilə səciyyələnir. Yaxın Şərqdə  genişlənən bu münaqişə təkcə region üçün deyil, bütün dünya üçün təhlükədir. Beynəlxalq ictimaiyyət hər  ötən gün təhdidləri hiss edirdi. Ona görə də, tərəflər arasında atəşkəsin əldə edilməsi beynəlxalq ictimaiyyət tərəfindən alqışlanır. Bu müharibənin dayandırılması üçün indiyədək bir sıra ölkələr vasitəçilik edib. Mart ayının sonlarında Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İslamabadda ABŞ ilə İran arasındakı münaqişənin həlli yollarını müzakirə etmişdilər. Daha sonra Çin və Pakistan Yaxın Şərq regionunda, o cümlədən Fars körfəzində sülh və sabitliyin bərpasına yönəlmiş 5 bəndlik birgə təşəbbüs təqdim ediblər. Bu ölkələr bütün zərərçəkmiş ərazilərə humanitar yardımın çatdırılmasının təmin edilməsi zərurətini vurğulayaraq, hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin gələcək eskalasiyasının qarşısının alınmasına çağırıblar. Həmçinin Çin və Pakistan sülh danışıqlarının tezliklə başlanmasına tərəfdar qismində çıxış edərək, İran da daxil olmaqla, region dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə riayət olunmasının vacibliyini qeyd ediblər. Dialoq və diplomatiyanın münaqişələrin həllinin yeganə səmərəli yolu olduğu vurğulanıb. Tərəflər dinc sakinlərə və mühüm infrastruktura, o cümlədən enerji və nüvə obyektlərinə hücumları dayandırmağa, eləcə də beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırıblar.

Millət vəkilinin sözlərinə görə, prosesdə Azərbaycana dost və qardaş olan Pakistanın fəallığı xüsusilə təqdirəlayiqdir. Nəzərə alaq ki, atəşkəs razılaşması məhz Pakistanın Baş naziri Şahbaz Şərifin təklifi əsasında baş tutub. Razılaşdırılan atəşkəs Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açacağını ehtiva edir. Verilən məlumatlara görə,  ABŞ da İranın irəli sürdüyü 10 bəndlik şərti qəbul edib. Bütün mübahisələrin həlli ilə bağlı yekun razılaşma üçün İran və ABŞ nümayəndələri aprelin 10-da İslamabadda bir araya gələcək. Bütün bunlar dost və qardaş Pakistanın regionda sabitliyə böyük töhfə verməsinin göstəricisidir.

Samir Vəliyev qeyd edib ki, beynəlxalq ictimaiyyət atəşkəs razılaşmasını alqışlayır. O cümlədən Azərbaycan da atəşkəsi dəstəkləyir. Rəsmi Bakı tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırıb. Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır. Nəzərə alaq ki, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə söykənən uğurlu bir xəttdir. Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli və humanitar siyasəti bu kursun əsasını təşkil edir. Ölkəmiz qonşu dövlətlərlə  bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulmasına böyük önəm verir.

“Azərbaycan bölgədə müharibənin olmamasının tərəfdarıdır. İran Azərbaycanın yaxın qonşusudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır.  Bütövlükdə isə, dövlətimizin xarici siyasəti milli maraqlarımıza əsaslanmaqla yanaşı, dünyada, o cümlədən regionumuzda sülhün və təhlükəsizliyin təmin olunmasını təşviq edir”,-deyə deputat vurğulayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Aprel 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri