Bu pullarda daha onların yox, heyvan və quşların şəkilləri olacaq
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
İngiltərə Bankı ölkədə yeni banknot seriyasının buraxılışına hazırlaşır.
“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, yeni pulların üzərində Uinston Çörçill və yaxud Ceyn Ostin kimi tarixi şəxsiyyətlərin təsvirlərinin əvəzinə, nadir heyvan və quş növlərinin şəkilləri yer alacaq.
Ekspertlərin fikrincə, pulların üzərində quş və heyvan təsvirlərini saxtalaşdırmaq daha çətindir. Yaxın zamanlarda vəhşi təbiət üzrə mütəxəssislər Böyük Britaniyada yaşayan nadir heyvan və quşların siyahısını tərtib edəcək.
Qeyd edək ki, 1960-cı ildən İngiltərə Bankının banknotlarında monarxların təsvirləri yer almağa başlayıb. 1970-ci ildən isə pulların üzərində tarixi şəxsiyyətlərin fotoları yerləşdirilib. Hazırda dövriyyədə üzərində Uinston Çörçill, Ceyn Ostin, Cozef Terner və Alan Türinqin təsvirləri olan banknotlar var.
Baxış sayı:267
Bu xəbər 12 Mart 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















