Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Azərbaycanda tibbi cihazların və materialların satışı ilə məşğul olan şirkət bağlanıb.
Milli.Az "Yurd.Media"ya istinadla xəbər verir ki, 4 ildir fəaliyyət göstərən "Medsnab" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bu ay fəaliyyəti dayandırılıb.
"Medsnab" MMC əsasən kardiologiya sahəsi üzrə qabaqcıl tibbi cihazların və materialların (stentlər, balonlar və s.) satışı və distribusiyası ilə məşğul idi. Cəmi 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərmiş şirkət 2022-ci ilin noyabr ayında təsis edilib və həmin ilin dekabrından satış fəaliyyətinə başlamışdı. Şirkətin direktoru Azər Şiriyevdir.
Şirkət ötən il Dövlət Gömrük Komitəsinin (DGK) Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalının bəzi mallara olan təlabatını ödəyəmək üçün elan etdiyi tenderin qalibi seçilmişdi. Belə ki, transkateter aorta qapağın implantasiyası (balloon expandable) və koronar angioqrafiya üçün xüsusi tibbi sərf materiallarının satın alınmasını üçün "Medsnab" MMC ilə 2,4 milyon manatlıq müqavilə bağlanmışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:93
Bu xəbər 10 Noyabr 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















