Icma.az
close
up
RU
Bu, Putinin tələbidir Deputatdan seçki AÇIQLAMASI

Bu, Putinin tələbidir Deputatdan seçki AÇIQLAMASI

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Trampın son siyasi gedişləri, ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinə baxışı və gələcək planları məlumdur.

Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.

A. Əlizadə qeyd edib ki, Trampın konkret olaraq Vladimir Zelenski ilə bağlı açıqlamaları var.

“Zelenskinin prezident postuna layiq olub-olmaması ilə bağlı zamanında Ukrayna xalqı seçim edib. Reallıq bundan ibarətdir ki, Zelenski Ukraynanın prezidentidir. Onun prezidentliyi dövründə Rusiya Ukrayna ərazisinə hücum edib, bu ölkənin ərazilərini işğal edib.

Diqqətdən qaçmamalıdır ki, müharibənin ilk dönəmlərində Zelenski Avropa ölkələrinə dəvət olunub ki, prosesləri həmin ölkədən idarə etsin. Amma o, tərəddüd etmədən Ukraynada qalmağı və müharibədə xalqının yanında olmağı seçib, əraziləri işğaldan azad etmək üçün çalışıb”, - deyə o əlavə edib.

Deputat bildirib ki, işğalçıya deyil, işğala məruz qalan tərəfə dəstək olunmalıdır.

“Ukraynaya edilən dəstəkdə ən böyük pay ABŞ-dan gəlib. Bundan başqa, Ukraynada prezident seçkilərinin keçirilməsi tələbi absurd hesab olunur. Bu, konkret olaraq Putinin tələbidir. Məlumdur ki, o, Zelenski ilə bir masada əyləşmək istəmir. Rusiya tərəfi Zelenskinin hakimiyyətdən getməsini istəyir. Hətta bu, şərt kimi qoyulub. Amma müharibə gedən, çox çətin durumda olan ölkə üçün prezident seçkilərinin keçirilməsi birmənalı ola bilməz”.

Ağa Dadaşzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri