Icma.az
close
up
RU
Azərbaycanda bu tələbələrə 1000 manat təqaüd veriləcək ŞƏRTLƏR

Azərbaycanda bu tələbələrə 1000 manat təqaüd veriləcək ŞƏRTLƏR

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, müsabiqə işğaldan azad edilən ərazilərimizin inkişafına dəstək olmaq, bu torpaqlarda təhsil işığını daha gur yandırmaq məqsədilə Qarabağ Universitetində təhsil alan gənclərimiz üçün nəzərdə tutulub.

Müsabiqə nəticəsində seçiləcək 5 qalibin hər birinə 1000 AZN məbləğində təqaüd təqdim olunacaq.

Təqaüdə müraciət etmək üçün namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

* Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları;

* Müraciət etdikləri vaxt 16-35 yaşı olan şəxslər;

* Yüksək akademik göstəricisi olanlar;

* Ailə üzvlərinin gəliri adambaşına 600 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməklə).

Təqaüdə müraciət etmək istəyənlər ərizə formalarını “Huma Quşu” Fondunun rəsmi saytından (https://humagushu.az/az/Apply) yükləyə bilərlər. Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün müraciət forması (https://humagushu.az/az/essay) doldurulmalıdır.

Sualların cavablandırılması ilə yanaşı [email protected] elektron poçt ünvanına (mövzu hissəsinə təqaüdün adını yazmaqla) aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:

1. Ən yeni qiymət cədvəli;

2. Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (əməkhaqqı göstərilməklə);

3. Ailə tərkibi haqqında arayış;

4. Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait üzrə məlumat (https://shorturl.at/ctXly).

Müraciət edənlərin nəzərinə çatdırılır ki, sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq. Bütün sənədlər bir elektron məktubda göndərilməlidir. Hər hansı sənəddə düzəlişə ehtiyac yaranarsa, bütün sənədlər yenidən bir məktuba əlavə olunaraq birlikdə göndərilməlidir, əks təqdirdə müraciət qəbul edilməyəcək. Sualların cavablandırılması zamanı AI alətlərindən (ChatGPT, Gemini, Copilot, Jasper AI və s.) istifadə olunmamalıdır. Kart üzrə hesabdan çıxarış maliyyə sənədi hesab edilmir.

E-ərizələrin son təqdimetmə tarixi 31 oktyabr 2026-cı ildir.

Müsabiqənin seçim mərhələlərinə təqdim olunan sənədlərin müzakirəsi, müraciətlərin qiymətləndirilməsi, intervü və qaliblərin elan olunması daxildir.

Təqaüd müsabiqəsinin seçim mərhələlərini fondun saytından izləmək, müraciət prosesi barədə əlavə məlumat üçün [email protected] ünvanına müraciət etmək mümkündür. Müsabiqənin nəticələri noyabr ayının sonlarında açıqlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Avqust 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri