Icma.az
close
up
RU
“Bu qaydalar qanunvericilikdən çıxarılmalıdır” millət vəkili

“Bu qaydalar qanunvericilikdən çıxarılmalıdır” millət vəkili

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Mən, hörmətli Əli Hüseynlinin o fikri ilə razıyam ki, həqiqətən də Ədliyyə Nazirliyində aparılan kadr islahatlarından sonra orada müsbət dəyişikliklər baş verməkdədir, o cümlədən məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət müsbətə doğru dəyişir. Amma qeyd etmək istəyirəm ki, hər il təqribən 1 milyona yaxın iş məhkəmələrdən icraata göndərilir, onun cəmi 270 mini 2024-cü ildə icra olunub.”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Düşünürəm ki, bu bizim hamımızı ciddi narahat etməlidir. Ona görə məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir. İcra məmurları haqqında qanuna dəyişiklik edilir. Münasibət bildirmək istədiyim bir məsələ ondan ibarətdir ki, əvvəllər “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanuna görə, ədliyyə orqanlarında işə qəbul bir qayda olaraq müsabiqə qaydasında həyata keçirilirdi. Yazılı imtahan, sonra da söhbətləşmə idi.
Bundan sonra 6 aylıq stajorluq müddəti tətbiq olunurdu, əgər o stajor kimi özünü doğruldarsa 1 il sənaq müddəti idi və sonra isə o, daimi işə qəbul olunurdu. İndi əlavə olunur ki, imtahan və söhbətdən sonra şəxs 3 aylıq icbari təlimə cəlb olunacaq. 3 ay ərzində bu adam başqa yerdə işləyirsə və bu icbari təlimə cəlb olunursa onda onun ailəsi, özü necə yaşayacaq? Yaxud universiteti bitirib ilk müraciət edirsə, yenə də 3 ay müddətində adamın işsiz qalması həmin şəxs üçün əlavə problemlərdir. Həm də sözün doğrusu bu imtahan verirsə və söhbətdən keçirsə, sonra da stajor olacaqsa, 1 il sınaq müddəti olacaqsa bu, 3 aylıq icbari tədrisə cəlb olunmanı mən başa düşmürəm. Yəni çalışırıq ki, san ki hər dəfə insanların hüquqi vəziyyətini bir az da çətinləşdirək, ağırlaşdıraq. Mən bunu qeyd etmək istəyirəm və təklifim də ondan ibarətdir ki, bu islahatları dərinləşdirəndə mütləq hakimlərin onun qəbul etdiyi hökmlər, qətnamələr, qərarların icrası ilə bağlı olaraq, məsuliyyəti nəzərdə tutulsun. Bir çox hallarda hakimlər elə qərarlar qəbul edirlər ki, məhkəmə icraçıları onu başa düşmür, təzədən hakimə müraciət edir ki, xahiş edirik bunun izahatını ver və s.
Ona görə də biz Mülki və Cinayət Prosessual Məcəlləsinə müvafiq dəyişikliklər edib hakimlərin məsuliyyətini nəzərdə tutsaq, o halda hesab edirəm ki, bu sahədə işlər sürətlə irəli gedəcək və hakimlər birbaşa icra məmurları ilə daimi əlaqədə olacaqlar və məhkəmə qərarları icra olunacaq.
Növbəti bir mühüm məsələ ondan ibarətdir ki, biz nə dövlət qulluğunun xüsusi növlərində, o cümlədən silahlı qüvvələrdə müqavilə bağlamırıq. Bizim Əmək Məcəlləsinə görə mütləq işçi ilə işəgötürən arasında müqavilə olmalıdır. Şəxs testdən, söhbətdən keçəndən sonra onunla ədliyyə orqanı arasında müvafiq əmək müvaqiləsi imzalanmalıdır. Düşünürəm ki, biz bunu da qanunvericiliyə daxil etsək çox yaxşı olar. Bir də, mən hər zaman söyləyirəm, dünyanın hər yerində əməkhaqqının müəyyən olunmasında müxtəlif iqtisadi, hüquqi və təşkilati kriteriyalardan istifadə olunur. Bu zaman əməkhaqqının müyyənləşməsi zamanı daha çox işin mürəkkəbliyi, məsuliyyəti, gərəkli bilik və bacarıqları, fiziki və zehni əmək, əmək şəraiti nəzərə alınır. Biz hüquq-mühafizə, məhkəmə orqanlarına, cərimə təyin edən orqanlara imkan yaradırıq ki, onlar daha çox cərimə təyin etsinlər, ona görə ki, onların sosial müdafiəsi bunun hesabına gücləndiriləcək.
Hesab edirəm ki, bu yalnışdır, biz bundan imtina etməliyik. Cinayət Məcəlləsinin 44-cü maddəsi var, cərimə adlanır. Cərimə, törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla, 20 min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın, əldə edilmiş gəlirin 1 mislindən 10 mislinədək miqdarda təyin olunur. Hakim biləndə ki, məhkəmə orqanlarında çalışan şəxslərin maddi-texniki bazasının, sosial müdafiəsinin gücləndirilməsi həm də cərimədən aslıdır. Əlbəttə, o, 1 mislini yox, 10 mislini təyin edəcək. Ona görə də mən hesab edirəm ki, ədalət mühakiməsi üçün biz gərək bu qaydaları qanunvericilikdən çıxaraq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 May 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri