Icma.az
close
up
RU
Qərbin yeni “deterrence” modeli

Qərbin yeni “deterrence” modeli

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu strategiya uzunmüddətli sabitliyi və regional təhlükəsizliyi hədəfə alıb

Son illər Avropada baş verən təhlükəsizlik transformasiyası artıq infrastruktur səviyyəsində özünü göstərməyə başlayıb. Polşa və onun Baltikyanı qonşularının hava məkanlarının sentyabr ayında dron və qırıcılar tərəfindən pozulması Avropanın təhlükəsizlik gündəmini yenidən silkələyib. Mövcud gərginliklər fonunda açılan “Via Baltica” magistralı Baltikyanı ölkələri birləşdirməklə Avropa İttifaqı və NATO-nun öz təhlükəsizlik infrastrukturunu institusional səviyyədə möhkəmləndirməsinin əlamətidir.

Yeri gəlmişkən, uzunluğu 970 kilometr olan marşrutun keçdiyi Suvalki dəhlizi Qərb analitikləri tərəfindən “Avropanın ən təhlükəli 65 kilometri” adlandırılır. Çünki dəhliz Belarus və Rusiyanın Kalininqrad anklavı arasında yerləşir. Eyni zamanda, ərazi coğrafi cəhətdən NATO-nun Baltikyanı ölkələrlə əlaqəsini təmin edən yeganə quru keçididir. Mümkün silahlı qarşıdurma ssenarisində dəhlizin ələ keçirilməsi Baltikyanı ölkələrin NATO-dan təcrid olunması anlamına gəlir. Ona görə də Polşa və Litva regionu müdafiə planlarının mərkəzinə çevirib. “Via Baltica”nın məhz həmin ərazidən keçməsi təsadüfi deyil. Bununla NATO öz logistikasını müxtəlif təhdidlərə qarşı real, adekvat cavab verməyə hazırlamaq istəyir.

Polşa Prezidenti Karol Navrotskinin bu sözləri yeni reallığı dəqiq ifadə edir: “Bu yol ikiqat məqsədə xidmət edir, həm iqtisadiyyatımıza dəstək olacaq, həm də bölgəmizin müdafiə qabiliyyətini gücləndirəcək”. Əslində, son onillikdə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihələrin əksəriyyəti “geoiqtisadi” xarakter daşıyır. Yəni iqtisadi infrastrukturlar, eyni zamanda, təhlükəsizlik mexanizmlərinə çevrilir. “Via Baltica” da bunun konkret təzahürüdür. Marşrut bir tərəfdən malların və kapitalın dövriyyəsini artırır, digər tərəfdən NATO qüvvələrinin çevik hərəkətliliyinə zəmanət yaradır.

“Integration + deterrence”

Məsələdə diqqətçəkən daha bir məqam var. Marşrutun 11 milyard zlota başa gəlməsi və vəsaitin bir qisminin Avropa fondları hesabına maliyyələşdirilməsi Aİ-nin Şərqi Avropanı artıq “tampon zona” əvəzinə “ön xətt” kimi görməyə başladığını göstərir. Məlum olduğu kimi, Rusiya–Ukrayna müharibəsindən sonra “Qoca qitə”nin təhlükəsizlik arxitekturası köklü şəkildə dəyişib. Əgər əvvəllər NATO-nun əsas diqqəti cənuba, Aralıq dənizi hövzəsinə yönəlmişdisə, indi əsas nəzər Baltikyanı ölkələr və Şərqi Avropayadır. Görünür, Aİ-nin və NATO-nun strategiyası artıq “Integration + deterrence” formuluna əsaslanır. Daha dəqiq desək, onlar iqtisadi inteqrasiya vasitəsilə hərbi sabitlik əldə etməyi üstün tuturlar. Bu, soyuq müharibə dövründən fərqli olaraq iqtisadi dayaqlar üzərində qurulmuş təhlükəsizlik modelidir.

Paralel şəkildə inşa olunan “Rail Baltica” layihəsi də eyni məntiqin davamıdır. Tallindən Polşa sərhədinə qədər uzanacaq 870 kilometrlik dəmir yolu həm mülki, həm də hərbi logistik məqsədlər üçün nəzərdə tutulub. Layihə 2019-cu ildən bəri gecikmələrlə davam etsə də, onun strateji mahiyyəti azalmır. Avropa Komissiyasının xərclərin 24 milyard avroya qədər yüksəldiyini bildirməsi layihənin geosiyasi əhəmiyyətinin göstəricisidir. Bu yolla Avropa özünü həm enerji, həm də infrastruktur asılılığından azad etməyə çalışır.

“Rail Baltica” və “Via Baltica”

Layihələr birlikdə Avropanın “şimal-şərq müdafiə dəhlizi”ni formalaşdırır. Eyni zamanda, Polşanın Avropa siyasətindəki yeni statusunu təsdiqləyir. Əvvəllər Almaniya və Fransa qitənin təhlükəsizliyinin əsas memarları idisə, indi Polşa faktiki olaraq Şərqi Avropanın təhlükəsizlik liderinə çevrilib. Rəsmi Varşava artıq Aİ-nin qərarlarının icraçısı olmaqla yanaşı, regional təşəbbüslərin də müəllifidir. Ukraynaya dəstək, müdafiə xərclərinin artırılması, yeni hərbi sənaye kompleksi və “Via Baltica” Polşanın “strateji aktor” statusunun əyani sübutudur.

Layihənin iqtisadi tərəfi də diqqətəlayiqdir. “Via Baltica”nın istifadəyə verilməsi Litva, Latviya və Estoniya üçün nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. Kaunas–Suvalki xətti regionun ticarət dövriyyəsini gücləndirəcək, Baltik limanlarını Avropanın daxili bazarı ilə birləşdirəcək. Bununla yanaşı, marşrut Polşanın daxili regionlarını da canlandıracaq, Varşava ilə Suvalki arasında kənd təsərrüfatı və logistika sektorunda minlərlə yeni iş yeri yaradılacaq.

Beynəlxalq amil

“Yeni İpək Yolu” (Belt and Road Initiative) layihəsi ilə “Via Baltica” arasında struktur və məqsəd oxşarlıqları mövcuddur. Hər iki təşəbbüs beynəlxalq ticarət və nəqliyyat arteriyası kimi formalaşaraq regionlararası iqtisadi əlaqələrin gücləndirilməsini, logistika zəncirinin daha çevik və davamlı şəkildə qurulmasını hədəfləyir. Lakin onların geosiyasi mahiyyəti fərqlidir. “Yeni İpək Yolu” Çin tərəfindən Asiyadan Avropaya uzanan iqtisadi ekspansiya vasitəsi kimi təqdim olunur və rəsmi Pekinin qlobal təsir dairəsini genişləndirmək üçün geoiqtisadi alət rolunu oynayır. “Via Baltica” isə daha çox regional və müdafiəyönümlü təşəbbüsdür. Burada iqtisadi element mövcud olsa da, əsas məqsəd Avropanın şimal-şərq sərhədlərində təhlükəsizlik infrastrukturunun möhkəmləndirilməsidir.

Nəticə etibarilə, “Yeni İpək Yolu” avtoritar modelin iqtisadi ekspansiyasını təmsil etdiyi halda, “Via Baltica” demokratik blokun müdafiə konsolidasiyasını simvolizə edir. Digər bir müqayisə isə “Üç dəniz təşəbbüsü” (Three Seas Initiative) ilə ola bilər. Baltikyanı ölkələri əhatə edən təşəbbüs Şimal–Cənub nəqliyyat oxlarını birləşdirməyə və iqtisadi inteqrasiyanı gücləndirməyə yönəlib. Layihənin əsas məqsədləri arasında enerji təhlükəsizliyinin artırılması və regiondaxili iqtisadi axınların koordinasiyası da dayanır.

“Via Baltica” bu təşəbbüsün infrastruktur baxımından real təcəssümüdür, yəni “Üç dəniz” ideyasının yola çevrilmiş formasıdır. Fərq ondadır ki, “Three Seas Initiative” çoxşaxəli, siyasi, enerji və rəqəmsal komponentləri özündə birləşdirən konseptual platformadır. “Via Baltica” isə bu konsepsiyanın konkret infrastruktur seqmentinə çevrilmiş hissəsidir.

Azərbaycan amili

Azərbaycanda “Via Baltica” ilə ən yaxın strateji analoqlardan biri Zəngəzur dəhlizidir (TRIPP). Hər iki layihə müdafiə və təhlükəsizlik baxımından əhəmiyyətli olmaqla yanaşı, regionlararası kommunikasiya və geosiyasi inteqrasiya funksiyasını yerinə yetirir. “Via Baltica” Baltikyanı ölkələrin təhlükəsizlik arxitekturasını gücləndirirsə, Zəngəzur dəhlizi Türk dünyasının strateji birləşməsi, Cənubi Qafqazda nəqliyyat və enerji marşrutlarının yenidən dizaynını özündə ehtiva edir.

Bundan başqa, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də “Via Baltica” ilə transregional koordinasiya və strateji nəqliyyat arteriyası baxımından eyni funksiyanı yerinə yetirir. Hər iki layihə logistikanı şaxələndirmək, quru nəqliyyatının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Əgər “Via Baltica” NATO-nun şimal cinahını müdafiə baxımından möhkəmləndirirsə, Şimal–Cənub dəhlizi Azərbaycan üçün iqtisadi diplomatiyanı və geosiyasi balanslaşdırmanı təmin edir. Yəni iqtisadi marşrutun arxasında regional sabitlik və çoxqütblü əməkdaşlıq fəlsəfəsi dayanır.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri