Icma.az
close
up
RU
Tramp: “Hələ qərar qəbul etməmişəm”

Tramp: “Hələ qərar qəbul etməmişəm”

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Ağ Evin yüksək vəzifəli məmuruna istinad edən “NBC News” telekanalının müxbiri Harret Haakenin hazırladığı materialda belə deyilir.
“Budapeşt sammitinə hazırlıq “dayandırılır”. Trampın fikrincə, indiki məqamda nə Rusiya, nə də Ukrayna danışıqlarda irəli getməyə hazırdır”, - telekanalın yaydığı məlumatda deyilir.
Məsələdən hali olan avropalı diplomatlar “Reuters” agentliyinə bildiriblər ki, Putinin öz tələblərindən geri çəkilmək istəmədiyi aydınlaşdıqdan sonra Trampın yaxın iki həftə ərzində keçirməyi ümid etdiyi Budapeşt görüşü sual altına düşüb.
- Ruslar çox şey istəyirlər və amerikalılara aydın oldu ki, Tramp Budapeştdə razılaşma əldə etməyəcək. Ankoric görüşündən sonra Kremlin mövqeyi dəyişməyib: Rusiya hələ də hazırkı cəbhə xətti boyunca döyüşləri dayandırmaqdan imtina edir”, - mənbələr deyiblər.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və ABŞ-nin Dövlət katibi Marko Rubio arasında bu həftə keçirilməsi planlaşdırılan hazırlıq görüşünün ləğvini mənbələr amerikalıların prezident sammitinə hazır olmaması kimi qiymətləndirir.
CNN: “Tramp-Putin görüşü pozula bilər?” Maraqlıdır ki, Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev, öz növbəsində, iki dövlətin liderlərinin görüşünə hazırlığın davam etdiyini açıqlayıb.
“KİV-lər qarşıdakı sammitə xələl gətirmək üçün “yaxın vaxtlar”la bağlı şərhləri təhrif edir. Hazırlıqlar davam edir”, - rusiyalı məmur “X” sosial şəbəkəsinin ingilisdilli hesabında yazıb.
Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyyarto isə, sosial şəbəkədə Rusiya və ABŞ prezidentlərinin Budapeştdə keçiriləcək görüşünün ləğvi ilə bağlı yayılan xəbərlərin sammiti pozmağa yönəlmiş “təxribat” olduğunu iddia edib.
- Zirvə görüşü həqiqətən baş tutana qədər sızmalar, saxta xəbərlər və bunun baş verməyəcəyinə dair iddialar dalğasını gözləyin. Ukraynadakı müharibəni dəstəkləyən siyasi elita görüşün baş tutmaması üçün əlindən gələni edir”, - Siyyarto vurğulayıb.
Bununla belə, görüşlə bağlı nikbin mövqe sərgiləyənlərin kefinə ABŞ prezidenti Donlad Trampın özü soğan doğrayıb.
“Mən boş yerə görüş keçirmək və vaxt itirmək istəmirəm. Görək nə olur. Biz hələ qərar verməmişik”, - dünən Ağ Evdə jurnalistlərlə görüşündə Amerika lideri deyib.
Eyni zamanda, Ağ Evin rəhbəri qarşıdakı iki gün ərzində öz qəraraını açıqlayacağına söz verib.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə yaxın vaxtlarda Tramp-Putin görüşünün keçiriləcəyi barədə məlumat açıqlandıqdan sonra onun baş tutacağını şübhə altına alan bəyanatlar səsləndirilir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri