Icma.az
close
up
RU
Lüksemburqda yandırılan yaşıl işıq

Lüksemburqda yandırılan yaşıl işıq

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqının yeni strateji xəritəsində Azərbaycanın imzası

Bugünlərdə Lüksemburqda keçirilən “Regionlararası təhlükəsizlik və bağlantılar” mövzusundakı xüsusi toplantı Avropa İttifaqının (Aİ) dəyişən strateji prioritetlərinin və Avrasiyaya yönəlik yeni baxışının aydın təzahürü oldu. Qara Dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya kimi üç əhəmiyyətli regionu eyni diplomatik platformada bir araya gətirən tədbir Brüsselin geniş və praqmatik bağlantılar arxitekturası qurmaq əzmini nümayiş etdirdi. Avropanın Şərqə uzanan enerji və nəqliyyat damarlarının təhlükəsizliyinin qarantı rolunda isə Azərbaycan çıxış edir. Lüksemburqda keçirilən sessiyalar Avropanın Şərqə uzanan yeni strateji nəqliyyat və enerji dəhlizlərinin memarlıq planının müzakirəsi idi.

Toplantının tərkibi və gündəliyi onun strateji əhəmiyyətini bütün detalları ilə ortaya qoyur. Aİ-nin ali nümayəndəsi Kaya Kallas, genişlənmə üzrə komissar Marta Kos, beynəlxalq tərəfdaşlıq üzrə komissar Jozef Sikela kimi əsas liderlərin, üzv ölkələrin xarici işlər nazirlərinin və Şərq Tərəfdaşlığı, Türkiyə və Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxslərinin bir araya gəlməsi müzakirə olunan məsələlərin nə qədər əhəmiyyətli olduğunu göstərir.

Bu, Avropanın şərq cinahında yeni təhlükəsizlik və əməkdaşlıq forması yaratmaq cəhdidir. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyətinin təmsil etməsi və sərgilənən mövqe Bakının yeni arxitekturadakı yerini və rolunu aydın şəkildə müəyyənləşdirir. Azərbaycan artıq Aİ-nin regiondakı strateji hədəflərinin reallaşması üçün etibarlı və proaktiv tərəfdaşı kimi çıxış edir. Bu yeni pozitiv məcranın təməlində dayanan birinci amil Cənubi Qafqazda yaranan yeni geosiyasi prsoseslər və Azərbaycanın bu məsələlərin formalaşmasında oynadığı həlledici roldur. Nazir müavini Yalçın Rəfiyevin geniş Qara dəniz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının vacibliyini və bu istiqamətdə Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinin əhəmiyyətini vurğulaması təsadüfi deyil. Aİ üçün Qara dəniz regionunun təhlükəsizliyi son illərin geosiyasi təlatümlərindən sonra birbaşa strateji əhəmiyyət kəsb etməyə başlayıb. Brüssel anlayır ki, Qara dənizdəki sabitlik Cənubi Qafqazdakı sabitlikdən ayrı təsəvvür edilə bilməz. Uzun illər davam edən Qarabağ münaqişəsi bütün regionun inkişaf potensialını əngəlləyən, nəqliyyat dəhlizlərini bağlı saxlayan və daim eskalasiya riski yaradan “mina sahəsi” idi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə tarixi münaqişəyə son qoyması bütün regionda yeni eranın qapısını açdı. İndi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Avropanı Mərkəzi Asiyaya bağlayan bütün kommunikasiya xətlərinin açılması, regionun nəhəng iqtisadi və logistik potensialının reallaşdırılması üçün açar rolunu oynayacaq. Məhz bu səbəbdən Brüssel indi Bakının sülh gündəmini tam dəstəkləyir və Azərbaycanı regionda sabitliyin əsas təminatçısı kimi görür.

Azərbaycan-Aİ münasibətlərinin pozitiv məcraya düşməsinin ikinci sütunu Bakının Avropa üçün həlledici əhəmiyyət kəsb edən bağlantılar (connectivity) sahəsində oynadığı əvəzolunmaz roldur. Qara dəniz regionunu Cənubi Qafqaz və Mərkəzi Asiyaya bağlayan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan və nəqliyyat, enerji, rəqəmsal bağlantılar sahəsində Aİ-nin etibarlı tərəfdaşıdır.

Enerji bağlantısı tərəfdaşlığın əsas sütununu təşkil edir. Avropa üçün enerji təchizatının şaxələndirilməsi milli təhlükəsizlik məsələsinə çevrilib. Məhz bu kontekstdə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP və TANAP kəmərləri Avropanın enerji təhlükəsizliyinin strateji elementinə çevrilib.

Nəqliyyat bağlantısı bu tərəfdaşlığın polad relsləridir. Qlobal təchizat zəncirlərindəki ənənəvi marşrutların həssaslığı Şərq–Qərb ticarət yollarında Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyətini kəskin şəkildə artırıb. Zəngəzur dəhlizinin açılması isə potensialı daha da artıraraq bütün regionun nəqliyyat xəritəsini dəyişdirmək gücündədir. Aİ-nin özünün “Global Gateway” strategiyası çərçivəsində Orta Dəhlizə milyardlarla avro sərmayə qoymağa hazırlaşması Brüsselin Bakının bu sahədəki strateji rolunu tam anladığını göstərir.

Rəqəmsal bağlantı isə tərəfdaşlığın gələcəyə uzanan görünməz telləridir. Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel layihəsi Avropa ilə Asiya arasında yeni rəqəmsal ipək yolu yaradır. Bu layihə, internet trafiki və data axınında ənənəvi marşrutlardan asılılığı aradan qaldıraraq Avropanın rəqəmsal suverenliyinə də töhfə verir.

Münasibətlərin pozitiv məcraya düşməsinin üçüncü səbəbi, Azərbaycanın artan geosiyasi çəkisi və Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynamasıdır. Avropa İtifaqı anlayır ki, resurslarla zəngin və geosiyasi cəhətdən əhəmiyyətli olan Mərkəzi Asiyaya çıxış üçün etibarlı dəhlizə ehtiyacı var. Azərbaycan isə Mərkəzi Asiya respublikaları ilə olan tarixi, mədəni və dil yaxınlığı, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində dərinləşən inteqrasiya sayəsində bu körpü rolunu oynamaq üçün ideal mövqedədir. Bakı Brüssel üçün Mərkəzi Asiyanın qapısı, Daşkənd və Astana üçün isə Avropanın qapısı rolunu oynayır. Bu unikal mövqe, Azərbaycanın diplomatik çəkisini artırır və onu Aİ üçün sadəcə bir qonşu yox, regionda birgə siyasət yürütmək üçün vacib strateji tərəfdaşa çevirir.

Lüksemburqda keçirilən toplantı Azərbaycan–Aİ münasibətlərində yeni mərhələnin başlandığını təsdiqləyən hadisədir. Bu yeni mərhələ tərəflərin bir-birinə qarşılıqlı ehtiyacından və strateji maraqlarının üst-üstə düşməsindən qaynaqlanır. Azərbaycan və Aİ arasında iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək zamanı artıq çatıb. Lüksemburqda yandırılan yaşıl işıq hadisələrin reallığa çevrilməsi üçün yolun açıq olduğunu göstərir.

Vasif HÜSEYNOV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri

Qara dəniz regionu Azərbaycan üçün çox yüksək strateji əhəmiyyətə malik məkandır. Bu region ətrafındakı dövlətlərlə Azərbaycan arasında sıx iqtisadi, siyasi və strateji əməkdaşlıq mövcuddur. Məhz buna görə də bu regionda sülhün və təhlükəsizliyin bərqərar olması ölkəmiz üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu region, eyni zamanda, Azərbaycan ilə Qərbi Avropa arasında körpü rolunu oynayır. Buna görə də regionda sabitlik və sülhün qorunması Azərbaycanın maraqlarına tamamilə uyğundur. Orta Dəhliz vasitəsilə daşımaların müəyyən hissəsi Qara dəniz üzərindən Avropaya nəql olunur. Bu baxımdan Qara dəniz regionunun Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşməsi Avropa İttifaqının həm Şərqdəki, həm də Asiyadakı tərəfdaşları ilə daha səmərəli nəqliyyat əlaqələrinin formalaşmasına imkan yaradır. Xüsusilə şimalda və cənubda müəyyən çətinliklərin yaşandığı bir dövrdə bu alternativ marşrut Avropa üçün yeganə işlək və etibarlı nəqliyyat yolu kimi ön plana çıxır.

Aİ-nin son aylar Orta Dəhlizə artan marağı, eləcə də investisiya danışıqlarının intensivləşməsi onu göstərir ki, avropalı tərəfdaşlar bu regionun və dəhlizin əhəmiyyətini tam şəkildə dərk edirlər. Azərbaycanın beynəlxalq toplantılarda fəal iştirakı ölkəmizin Avropada və dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasının bariz göstəricisidir. Xüsusilə, Avropa üçün Azərbaycanın strateji əhəmiyyəti gündən-günə artır. Bütün bunlar Azərbaycan və Aİ arasında münasibətlərin daha da intensivləşməsinə və qarşılıqlı marağın artmasına müsbət təsir göstərir.

Aİ bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkəmiz üçün Aİ ilə münasibətlərin sabit, qarşılıqlı etimada əsaslanan və çoxşaxəli şəkildə inkişaf etməsi prioritet sayılır. Regionlararası bağlantıların gücləndirilməsi enerji təhlükəsizliyi baxımından da əhəmiyyətli nəticələr doğurur. Xüsusilə, Cənub Qaz Dəhlizi bu gün Şərqi Avropa ölkələri üçün xüsusi əhəmiyyət daşıyır. Bəzi dövlətlərin daxili istehlakının 40-50 faizinin məhz bu dəhliz vasitəsilə nəql olunan Azərbaycan qazı hesabına ödənilməsi Avropa üçün böyük strateji amildir. Azərbaycan qazının həcminin artırılması, 2022-ci ildə imzalanmış “Enerji sahəsində strateji tərəfdaşlığa dair Bəyannamə”nin müddəalarının icrası qarşıya qoyulan əsas məqsədlərdəndir.

Bu hədəflərə nail olunması həm Azərbaycan, həm də Aİ üçün qarşılıqlı faydalı olacaq, regionlararası bağlantıların möhkəmləndirilməsi isə Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see245

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see238

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see234

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see229

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see191

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see191

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see176

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see164

Dünya bazarlarında WTI neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun 2026 08:44see164

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see163

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see162

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see162

Futbol üzrə 2026 cı il dünya çempionatında artıq on avtoqol var

25 İyun 2026 03:06see160

100 yaşlı superfanat DÇ 2026 nın əsas ulduzuna çevrildi: Messi, mənimlə evlənərsən? VİDEO

25 İyun 2026 08:35see159

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see158

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see158

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see157

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see157

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see153

Messi və Ronaldu elə bir şey etdilər ki...

25 İyun 2026 01:34see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri