Icma.az
close
up
RU
Bu qaydaları pozan şəxslər CƏRİMƏLƏNƏCƏK DİN dən XƏBƏRDARLIQ

Bu qaydaları pozan şəxslər CƏRİMƏLƏNƏCƏK DİN dən XƏBƏRDARLIQ

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkədə ictimai məkanlarda, o cümlədən kafelərdə və ofislərdə siqaret çəkilməsi ilə bağlı xüsusi qanunvericilik mövcuddur. Bu qanunvericilik insanların sağlam mühitdə yaşamaq hüququnu qorumaq məqsədilə müəyyən qaydalar təsbit edir. Xüsusilə, tütün məmulatlarının qapalı məkanlarda istifadəsinin qadağan olunması, siqaret çəkənlər üçün xüsusi yerlərin ayrılması və bu qaydalara riayət olunmasına nəzarət edilməsi əsas məsələlərdən biridir.

Avtosfer.az xəbər verir ki, bu qaydaların icrasına nəzarət dövlət qurumları tərəfindən həyata keçirilir və pozuntulara görə cərimələr nəzərdə tutulur. Lakin bəzi hallarda bu qaydalara tam əməl olunmadığı müşahidə edilir. Kafelərdə və ofislərdə siqaret çəkilməsinin qarşısını almaq üçün ictimai monitorinqin aparılması, müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması və müvafiq cərimələrin tətbiqinin gücləndirilməsi kimi tədbirlər görülür.

Bütün bu tədbirlərə baxmayaraq, ictimai yerlərdə siqaret çəkilməsinə tam nəzarət olunması üçün hansı əlavə mexanizmlər tətbiq edilə bilər və bu qaydaların icrasına necə daha effektiv nəzarət etmək mümkündür?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Avtosfer.az-a açıqlamsında bildirib ki, Azərbaycanda tütün məmulatlarının istifadəsi ilə bağlı qanunvericilik mövcuddur:

“Hətta 2017-ci ildə bu sahəyə aid xüsusi qanun qəbul edilib və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Son illərdə aparılan statistik müşahidələr göstərir ki, Azərbaycanda tütün məhsullarının, o cümlədən siqaret və siqaret əvəzedicilərinin istifadəsi artmışdır. Xüsusilə qadınlar və azyaşlılar arasında siqaret istifadəsinin artması narahatlıq doğuran bir tendensiyadır.

Bu səbəbdən, ictimai yerlərdə tütün məmulatlarının istifadəsinin tənzimlənməsi vacibdir. Hazırda ictimai məkanlarda siqaret çəkən insanların ətrafdakı insanlara mənfi təsiri açıq şəkildə müşahidə olunur. Məsələn, xiyabanlarda, restoran və kafelərdə, qapalı məkanlarda siqaret tüstüsü digər insanların sağlamlığına zərər verir. Buna görə də qanunvericilikdə siqaret istifadəsinə nəzarətin artırılması və müvafiq inzibati tədbirlərin sərtləşdirilməsi məqsədəuyğundur”.

Sosioloq əlavə olaraq bildirib ki, ictimai obyektlərdə siqaret çəkənlər üçün xüsusi yerlərin ayrılması, siqaretdən istifadə etməyən insanların hüquqlarının qorunması və ictimai sağlamlığın təmin edilməsi üçün daha ciddi monitorinq və nəzarət mexanizmlərinin tətbiqi vacibdir:

“Teatrlar, ticarət mərkəzləri, yeraltı keçidlər, təhsil və səhiyyə müəssisələri, sosial xidmət obyektləri kimi yerlərdə siqaret istifadəsinin qadağan olunması və bu qadağalara ciddi riayət edilməsi mütləqdir.
Bu sahədə qanunvericiliyin tətbiqi ilə bağlı nəzarətin gücləndirilməsi və ictimaiyyətin bu məsələyə daha həssas yanaşması vacibdir”.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov isə bildirib ki, ictimai-iaşə obyektlərində tütündən istifadə ilə bağlı qadağanedici normalar həmin obyektlərin daxili qaydalarına uyğun təşkil olunur:

“Hər bir halda ictimai-iaşə obyektlərində siqaret çəkmək üçün müvafiq yerlər var və həmin yerlərdə siqaretin çəkilməsinə icazə verilir.
Polis tərəfindən paytaxt ərazisində nəzarət-profilaktik tədbirlər həyata keçirilir. İctimai, müəyyən olunmamış, urnalardan kənarda tütün məmulatlarından istifadə edən şəxslər barəsində inzibati tənbeh tədbirlərinin görülməsi diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır. 

İctimai-iaşə və buna bərabər digər obyektlərdə xidmətə cəlb olunan naryad qrupları tərəfindən obyekt rəhbərləri ilə müvafiq profilaktik söhbətlər aparılır ki, qanunvericiliyə uyğun norma və qaydalara əməl etsinlər”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Fevral 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri