Icma.az
close
up
RU
Bu qaydaları pozan şəxslər 50 min manat cərimələnəcək

Bu qaydaları pozan şəxslər 50 min manat cərimələnəcək

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək.

Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqların və qəza şəraitinin imitasiyasının aparılmasına görə fiziki şəxslər 4000 manat məbləğində, vəzifəli şəxslər 8000 manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.

Təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanı sistemlərin, mühərrikin və avadanlığın sıradan çıxması hallarının imitasiya edilməsinə görə fiziki şəxslər 4000 manat məbləğində, vəzifəli şəxslər 8000 manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.

Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı tərəfindən uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinə görə fiziki şəxslər 2000 manat məbləğində, vəzifəli şəxslər 6000 manat məbləğində, hüquqi şəxslər 8000 manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.

Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına və kənar müdaxilədən mühafizə edilməməsinə görə 600 manat məbləğində cərimə ediləcək.

Heyət üzvü uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinə görə 3000 manat məbləğində cərimə ediləcək.

Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyətinə, o cümlədən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasına və araşdırmanın nəticələrinə dair hesabatın tərtib edilməsinə müdaxilə olunmasına görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək.

Şəhadətnamə, vəsiqə və sertifikata malik olmayan və ya digər dövlətdə verilən, müvafiq qaydada tanınmalı olan analoji sənədə malik olmayan şəxslərin mülki aviasiya personalı qismində fəaliyyət göstərməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.

Hava gəmilərinin uçuş və kabinə heyətlərinin, habelə aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinin ixtisaslarına uyğun müvafiq təlim, hazırlıq və tibbi yoxlamadan keçirilməsinin təmin edilməməsinə görə fiziki şəxslər 4000 manat məbləğində, vəzifəli şəxslər 8000 manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək.

Müvafiq icazə alınmadan model pilotsuz uçuş aparatı klubu və ya assosiasiyasının fəaliyyət göstərməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 8000 manat məbləğində cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin icazəsi olmadan nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatı sistemləri əməliyyatlarının həyata keçirilməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 7000 manat məbləğində, hüquqi şəxslər 15 min manat məbləğində cərimə ediləcək.

Məsafədən idarə edən pilotun (operatorun) əməliyyatın dayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin verdiyi göstərişi dərhal yerinə yetirməməsinə görə fiziki şəxslər 4000 manat məbləğində, vəzifəli şəxslər 7000 manat məbləğində, hüquqi şəxslər 17 min manat məbləğində cərimə ediləcək.

Məcəllənin 294-4.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hava gəmisi istismarçılarının hava gəmilərini və onların istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan hava gəmisindən istifadə etməsinə görə fiziki şəxslər 5000 manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 50 manat məbləğində cərimə ediləcək.

Pilotsuz uçuş aparatı istismarçılarının pilotsuz uçuş aparatını və onun istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan pilotsuz uçuş aparatından istifadə etməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə edilir.

Aviasiya personalının peşəyə yararlılığının müəyyən edilməsinin sertifikatlaşdırılmayan tibb müəssisələri və onların əməkdaşları tərəfindən həyata keçirilməsinə görə vəzifəli şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə, hüquqi şəxslər 20 min manatdan 30 min manatadək məbləğdə cərimə ediləcək.

Mülki hava limanları və (və ya) aerodromlar, habelə helikopter meydançalarının sertifikatlaşdırılmadan istismarına görə fiziki şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, vəzifəli şəxslər 7000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 20 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcək.

Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər 7000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 20 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcək.

Mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların və ya mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər 7000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 20 min manatdan 40 min manatadək məbləğdə cərimə edilcək.

Sertifikatlaşdırılmamış aviasiya avadanlıqlarından və vasitələrindən istifadəyə görə avadanlıqlar və vasitələr müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər 2000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcək.

Yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar hava gəmilərinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediliəcəkvə ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 10 gündən 20 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Təhlükəli yüklərin, hərbi silah və sursatların daşınma qaydalarının pozulmasına görə təhlükəli yüklər, hərbi silah və sursatlar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər 250 manat məbləğində, vəzifəli şəxslər 500 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.

Radioaktiv tullantıların, yenidən istifadəyə yararlı işlənmiş nüvə yanacağının, qanunvericiliklə müəyyən edilən siyahıya müvafiq toksik və digər təhlükəli tullantıların, digər radioaktiv maddələr və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına görə fiziki şəxslər 4000 manat məbləğində, vəzifəli şəxslər 8000 manat məbləğində, hüquqi şəxslər 15 min manat məbləğində cərimə ediləcək.

Təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməyən personalın təhlükəli yüklərin hava yolu ilə daşınmasına cəlb edilməsinə görə fiziki şəxslər 1 500 manat məbləğində, vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri