Icma.az
close
up
RU
Bu qələbəni türk milləti qanı və canı ilə döyüş meydanında özü qazanıb ŞƏRH EDİLDİ

Bu qələbəni türk milləti qanı və canı ilə döyüş meydanında özü qazanıb ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Son iki əsrdə türk millətlərinin və əzilən dünya xalqlarının həyatına iki nəhəng hadisə təsir edib, yollarına işıq tutub. Bunlardan birincisi, XX əsrdə Mustafa Kamal Paşanın rəhbərliyi altında türk millətinin istiqlal savaşında işğalçı dövlətlər üzərində qələbə qazanaraq Türkiyə Cümhuriyyətini qurmasıdır. O zaman Türkiyə Cümhuriyyəti türk dünyasının tək müstəqil dövləti idi. İkinci nəhəng hadisə isə XXI əsrdə cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri nəticəsində təcavüzkarın məğlub edilərək ərazilərimizdən qovulub çıxarılması, diz üstə çökdürülməsi, separatçılığın kökünün kəsilməsi və dövlət suverenliyinin bütün ölkəmizin ərazisində tam bərqərar edilməsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, indi türk dünyasının tək bir müstəqil dövləti deyil, bir neçə müstəqil dövləti və Türk Dövlətləri Təşkilatı var: "Bütün türk tarixinin və son iki əsrdə türk dünyasının keçdiyi yolun başlıca yekunu bundan ibarətdir. Alınacaq başlıca dərs isə odur ki, türk döyüşdə məğlub ola bilər, amma onu boyun əydirmək olmaz. Məğlubiyyətlə barışmayan türkün güc toplayıb qələbə qazanacağı şəksizdir. Türklə icazə vermədiyi zarafatı etmək olmaz. Bəzi tarixi faktları xatırlamağı faydalı hesab edirəm. Mustafa Kamal Paşa TBMM-in qapalı iclasındakı nitqində deyirdi ki, düşmən şərtlərimizi qəbul edib könüllü şəkildə torpaqlarımızdan çıxıb getməsə, qələbə qılıncla qazanılacaqdır. Hakimiyyətə gəldiyi ilk gündən cənab Prezidentimiz İlham Əliyev də dedi ki, səbrimiz sonsuz deyildir, düşmən ərazilərimizdən çıxmasa, bütün vasitələrdən istifadə edərək torpaqlarımızı işğaldan azad edəcəyik. İstiqlal savaşı illərində türk mətbuatı yazırdı ki, Anadoluda öz ata-babalarının məzarlarını düşmənin çirkli ayaqlarından qorumağa və ölməyə hazır olmayan insan yoxdur.

Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrindən bir nəfər fərarinin olmaması müqəddəs Vətən torpağı uğrunda minlərlə insanın şəhidlik məqamına ucalmağa hazır olduğunu göstərdi. Uzun illər boyu bəzi ölkələrdə siyasi maraqlar naminə yazılan kitablarda türk millətinin istiqlal savaşında qələbə qazanmasında başlıca rolu guya sovet Rusiyasının yardımlarının oynadığına dair tezis hakim olub. İstiqlal savaşında Türkiyəyə edilən yardımlara dair rəsmi qərarlar, faktlar işlədiyim Azərbaycan, Rusiya, Gürcüstan və b. ölkələrin arxivlərində saxlanılır. Doğrudan da yardımlar edilib, lakin bütün yardımlar ikinci dərəcəli rol oynayıb. Mustafa Kamal Paşa yardımları qəbul edib, lakin heç bir xarici ölkənin hərbçisinin ayağının Anadolu torpağına dəyməsinə icazə verməyib. Qələbəni türk milləti qanı və canı ilə döyüş meydanında özü qazanıb. 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində də qardaş Türkiyə və digər bəzi dövlətlər Azərbaycana siyasi, diplomatik, mənəvi yardımlar etsələr də, qələbəni Azərbaycan milləti döyüş meydanında qanı və canı bahasına qazandı.

Qazanılan qələbələrin hər ikisi Azərbaycan və Türkiyə qardaşlığının, türk dünyası tarixinin parlaq səhifələrindən biri olmaqla gələcək nəsillərə də bir örnəkdir. Kökləri minilliklərə gedən birliyimiz, bərabərliyimiz, qardaşlığımız əbədi və möhkəm olsun. Müstəqil türk dövlətlərinin sayı daha da artsın".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see222

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see212

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see169

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see134

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see132

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri