Icma.az
close
up
RU
Bizə bu qələbəni yaşadan hər kəsə böyük təşəkkür düşür” ŞƏRH EDİLDİ

Bizə bu qələbəni yaşadan hər kəsə böyük təşəkkür düşür” ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Ötən beş ilə yaxın müddət ərzində Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsi bütövlükdə tikinti meydançasına çevrilib. İlk növbədə qeyd etmək lazımdır ki, bu torpaqlar azad edildikdən sonra biz erməni vəhşətinin bütün konturlarını daha yaxşı görə bildik. Onlar bizim əsir torpaqlarımızın altını üstünə çeviriblər, yurdumuzu Yer üzündən silməyə çalışıblar. Bu işdə isə onlara Rusiya və İran kimi dövlətlər dəstək olub”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, faktiki olaraq Ermənistan öz gücünə deyil, xüsusilə Rusiyanın gücü sayəsində torpaqlarımızı işğal altında saxlayırdı: “Eyni zamanda ermənilər torpaqlarımızı yerlə-yeksan edərkən də, məhz Rusiya və İranın fars molla rejiminin dəstəyi ilə sözügedən prosesləri həyata keçirib.
Azərbaycan dövləti isə bütün bu çətinliklərə baxmayaraq torpaqlarını işğaldan azad etdikdən dərhal sonra tikinti-quruculuq işlərinə başladı və bu gün həmin torpaqlar özü boyda tikinti meydanını xatırladır. Dəfələrlə işğaldan azad edilmiş ərazilərimizdə olmuşam və hər tərəfdə tikinti işlərinin getməsinin, minaaxtaranların çalışmasının birbaşa şahidi olmuşam. Bütün bunların nəticəsidir ki, artıq təxmini əlli min Azərbaycan vətəndaşı, həmin torpaqların sakini öz evinə qayıda bilib. Artıq torpaqlarımız canlanır, qədim yurd yerlərimiz özünə dönür və insanların sevincinin həddi-hüdudu yoxdur. Başda Ali Baş Koman İlham Əliyev olmaqla bizə bu qələbəni yaşadan hər kəsə böyük təşəkkür düşür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri