Bu, Qəzzadakı mülki şəxslər üçün böyük təhdid yaradır”
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Atəşkəsdən sonra yüz minlərlə insanın hərəkətdə olduğu Qəzza Zolağında partlayıcı maddələr və partlamamış sursatlar mülki şəxslər üçün ciddi risk yaradır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri BMT Mina Fəaliyyəti Xidmətinin işğal altındakı Fələstin ərazilərində Mina Əməliyyatı Proqramının rəhbəri Yulius Van Der Valt deyib.
Qəzzada son 2 il ərzində intensiv toqquşmaların yaşandığını qeyd edən Van Der Valt bildirib: “Bu vəziyyət bölgədə ciddi partlayıcı maddə çirklənməsinə səbəb olub. Bu çirklənmə humanitar yardımların çatdırılmasına mənfi təsir edir, Qəzza Zolağının bərpasını ləngidir və yenidənqurma işlərini son dərəcə təhlükəli hala gətirir. Nəticə etibarilə Qəzzadakı mülki şəxslər üçün böyük təhdid yaradır”.
Dünyadakı münaqişələrin çoxunda olduğu kimi, burada da ən çox uşaqların risk altında olduğunu vurğulayan Van Der Valt, uşaqların partlamamış sursatlara toxunmağa meylli olduqlarını və onların nə olduğunu anlamaq istədiklərini bildirib.
O qeyd edib ki, Qəzza boyunca partlayıcı maddə çirklənməsinin tam miqyası ilə bağlı dəqiq məlumatlara sahib deyillər, lakin bir çox bölgədə partlayıcı maddə yoğunluğuna işarə edən güclü göstəricilər mövcuddur.
Baxış sayı:48
Bu xəbər 10 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















