Icma.az
close
up
RU
Bu qurumlarda 13cü maaş veriləcək Şad xəbər

Bu qurumlarda 13cü maaş veriləcək Şad xəbər

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) struktur təşkilatlarının əməkdaşlarına uzun illərdən sonra “13-cü maaş” veriləcək.

Moderator.az-ın Demokrat.az-a istinadən məlumatına görə, bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf əmr imzalayıb.

Əmrdə qeyd olunur ki, SOCAR-ın struktur təşkilatlarının 2023-cü il üzrə performans nəticələrinə əsasən, işçi kateqoriyalarına uyğun olmaqla birfəlik mükafatlandırılma ödəniləcək.

Əmrə əsasən, fəhlə, mütəxəssis və texniki heyət kateqoriyasında çalışan əməkdaşların ödənişləri bu ilin noyabr ayının əmək haqqı ilə birgə ödəniləcək.

Strateji və taktiki rəhbər kateqoriyasında çalışan əməkdaşların ödənişləri isə 2025-ci ilin yanvar ayının əmək haqqı ilə birgə ödənilməsi təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2024 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri