Bu rayonda sakinlərə qurban əti paylanılacaq
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Bu il Qurban bayramı ilə əlaqədar olaraq Abşeron rayonu ərazisində yaşayan qazilərə, aztəminatlı və şəhid ailələrinə qurban əti paylanılacaq.
Bakupost.az xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyəti tərəfindən müvafiq qərar qəbul olunub.
Bildirilib ki, bu, həmin ailələrə bayram sovqatının verilməsi məqsədi daşıyır.
Bu məqsədlə sağlam iribuynuzlu qurbanlıq heyvanları RİH tərəfindən təyin olunmuş məsul şəxslərin iştirakı ilə seçilərək satın alınacaq.
Qurbanlıq heyvanlar sanitar-gigiyenik normalara riayət olunan müəssiədə RİH tərəfindən sovqatların paylanılması müəyyən edilmiş tarixdən iki gün əvvəl halal qaydada kəsiləcək, iki gün ərzində hissələrə bölünmədən saxlanılacaq, sanitar-gigiyenik normalara riayət edilməklə emal ediləcək, hər biri eyni çəkidə olmaqla (içərisində sümüklü və sümüksüz ət qarışıq olacaq, ling sümükləri olmayacaq) çəkisi minimum 3 kq olan paylar şəklində paketlənəcək.
Sonra qurban ətləri Abşeron rayonu ərazisində RİH tərəfindən təyin olunmuş ünvanlara (Xırdalan şəhəri, Masazır, Şəfəq, Hökməli və Mehdiabad qəsəbələri) xüsusi təyinatlı soyuducu nəqliyyat vasitələri ilə çatdırılacaq.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 27-28 may tarixlərində qeyd olunacaq.
Baxış sayı:63
Bu xəbər 20 Fevral 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















