Bu rayonlarda torpaqlar alınacaq Səbəb
Icma.az, Milli.az saytına istinadən bildirir.
Nazirlər Kabineti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında qərar qəbul edib.
Milli.Az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında (işğaldan azad olunmuş ərazilər istisna olmaqla) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan tələbatın ödənilməsi, eləcə də tikili və hidrotexniki qurğuların inşa olunacağı
layihələrlə əlaqədar olaraq tikinti altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı alan orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müəyyən edilib.
Agentlik torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə təkliflərini hökumətə təqdim etməlidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 Sentyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















