Bu halda dövlət ehtiyacları üçün torpaqlar alınacaq
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Yeni aeroport və aerodromların tikintisi, dəniz limanının ərazisinin artırılması zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunda edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına əlavə ediləcək.
Həmçinin, Mülki Məcəllədə edilən dəyişikliyə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət dəniz limanının ərazisinin artırılması, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası məqsədi ilə də alınacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 13 Mart 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















