Icma.az
close
up
RU
“Bu, rəsmi şəkildə insanların gəlirindən daha çox vergi tutulması deməkdir”

“Bu, rəsmi şəkildə insanların gəlirindən daha çox vergi tutulması deməkdir”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Bizə verilən 2026-cı ilin büdcə-vergi paketi “islahat” kimi təqdim edilir. Amma tərəfimizdən edilən dərin təhlil göstərir ki, bu islahat kiçik sahibkarın çiyninə əlavə yük yükləyəcək. Xüsusilə fərdi sahibkarlar üçün təklif edilən yeni sosial sığorta mexanizmi iqtisadiyyatın ən həssas təbəqəsini – kiçik dövriyyəli biznesi zərbə altına salır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Bir çox təqdimatları müxtəlif formatlarda dinləmişəm, aydın görünür ki, yeni model kiçik dövriyyəli sahibkar üçün maliyyə yükünü artıracaq, qeyri-formal sektora keçid riskini yüksəldəcək, hətta fəaliyyətin dayanması ehtimalını artırır. Bu düzəlişlər vətəndaşın gündəlik dolanışığını təhlükəyə ata bilər.

Muzdlu işçilərə gəlincə, burada da eyni yanlış yanaşmanın davam etdiyini görürük. Əməkhaqqı artmadan vergi yükü artırılır və bu da “cəmi 3 faiz artım” kimi təqdim edilir. Halbuki mövcud 30 faizlik yüklənmə 37 faizə qalxır və bu, rəsmi şəkildə insanların gəlirindən daha çox vergi tutulması deməkdir. Bu addım əmək müqavilələrinin ləğvini və kölgə iqtisadiyyatına axını daha da sürətləndirəcək. Əslində əməkhaqqı artmadan vergi artımı sosial siyasət deyil, sosial təzyiqdir.

Layihədə bəzi müsbət toxunuşlar var. Kirayə gəlirləri üzrə verginin 14 faizdən 10 faizə endirilməsi gözəldir, amma icarə bazarının 70 faizi kölgədə olduğu halda təkcə dərəcənin endirilməsi heç nəyi həll etmir. Nağdsız dövriyyə limitinin 200 mindən 400 min manata qaldırılması da müəyyən fayda verəcək, amma ümumi iqtisadi sistem dəyişmirsə, bu, sadəcə kosmetik düzəlişdir.

Bu paket mahiyyətcə aşağı gəlirli sahibkarı, kiçik biznesi və muzdlu işçini daha ağır vergi yükünə salan bir sənəddir. Vergi siyasətinin məqsədi dövlət büdcəsinin boşluqlarını vətəndaşın qazancından doldurmaq yox, iqtisadi fəallığı gücləndirmək olmalıdır. Təqdim olunan sənəd isə iqtisadi fəallığı gücləndirmir, əksinə, fəallığa təzyiq göstərir.

Biz bu formada qəbul olunan layihənin ölkə üzrə minlərlə kiçik biznesi bağlayacağını, regionlarda tənəzzülü dərinləşdirəcəyini və vergi daxilolmalarını azaldacağını güman edirik. Buna görə də sənəd yenidən işlənməli, kiçik sahibkarın, muzdlu işçinin və regionların maraqları nəzərə alınmalıdır. Əks halda bu paket vergi islahatı deyil, vergi yükünün artırılması olacaq. Bu baxımdan təmsil etdiyim Milli Cəbhə Partiyası bu dəyişikliklərə müsbət yanaşmır.

Mən büdcə layihəsinə müsbət səs verdim. Sual oluna bilər ki, niyə bunu tənqid edirəm və buna fərqli yanaşıram. Təbii ki, mən buna müsbət yanaşmalı idim, çünki bu, dövlətin sənədidir və mənim ona əksinə səs verməyimlə bağlı heç nə də dəyişmir. Mən büdcənin lehinəyəm, amma bu layihənin lehinə ola bilmirəm. Ona görə ki, burda dediyim bəzi məqamlar nəzərə alınsın”, - deputat əlavə edib.

Deputat Aydın Hüseynov isə həmkarının fikirlərini paradoksal adlandırıb: “Razi müəllim dedi ki, mən büdcəyə səs verdim, amma Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə səs verməyəcəyəm. Çox paradoks yaranır. Ümumiyyətlə, Razi müəllimin fikirlərində bəzi belə paradokslar olur. Bu gün müzakirə etdiyimiz qanun layihəsi səs verdiyimiz büdcə layihəsinin tərkib hissəsidir”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri