Icma.az
close
up
RU
Yeni dünya düzənində Azərbaycan Rusiya münasibətləri

Yeni dünya düzənində Azərbaycan Rusiya münasibətləri

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Rusiya ilə münasibətlərdə yaranan gərginliklər geniş müzakirə olunur. Bütün siyasi kluarlarda bu gərginliklər zaman-zaman yaranıb və əsasən siyasi və regional məsələlərlə bağlı olub. Çox köhnə tarixə qayıtmaq istəmirəm, amma yaxın keçmiş bizə göstərdi ki, Qarabağ məsələsi ilə bağlı Rusiyanın zamanında tutduğu ədalətsiz və haqsız mövqe, ölkəmizə qarşı təcavüzlərin arxasında dayanan siyasi qüvvə Rusiya olub. Amma həmişə, ticarət və iqtisadi əməkdaşlıq, mədəni əlaqələr və insanlararası münasibətlər mövcud olub.Biz öz siyasi strategiyamızı şəffaf və ədalətli şəkildə aparmağa üstünlük vermişik, çünki bu bizim, mənəvi dəyərlərimizə olan hörmət və ehtiramdan irəli gəlir. Biz siyasi prioritetlərimizi, ölkəmizin milli, siyasi və iqtisadi maraqlarını qoruyub saxlamaq üçün planlaşdırıb addımlar atmışıq. Bu isə təbii olaraq ölkələr arasındakı münasibətlərdə müəyyən toqquşmalara səbəb ola bilər, çünki uzun illərin siyasi yanaşmasında məcburi dəyişikliklər baş verib. Müstəqil siyasi düşüncə və müdrik diplomatiyanı görən ölkələr gələcək perspektivləri analiz edərək baş verə biləcək hadisələri önləmək üçün münasibətlər sistemində gərginlik siyasətinə üz tuturlar.Bu gün Azərbaycan müstəqil ölkə olaraq, müstəqil siyasi xətti ilə regionda yaratdığı yeni reallıqları nəzərə almadan siyasi kəsişmələri önə çıxardan siyasi rəhbərlərin uzlaşma siyasətinə üstünlük verməli olduqlarını hesab edirəm. Əslində, üzərinə götürdüyünüz öhdəliyi yerinə yetirə bilmədiyiniz və ya yetirmək istəmədiyiniz ərazi bütövlüyümüzün bərpası məsələsini Azərbaycan şərəflə yerinə yetirdi. Artıq bu şərəfli addım dünya gücləri tərəfindən qəbul edilib və region üçün yeni düşüncə ilə iqtisadi, mədəni və siyasi əlaqələrin qurulması üçün addımlar atılıb. Bu bizim həm region, həm də dünya üçün bir töhfədir.
Erməni riyakarlığının, erməni vandallığının, terrorunun və onların arxasında duran qüvvələrin ifşası Qarabağ məsələsindən sonra açıq formada dünya ictimaiyyətinin diqqətində xüsusi yer aldı. Demokratik dəyərlərin kölgəsində gizlənib anti-demokratik siyasətini ana xətt kimi seçənlərin iç üzü açıldı. Bu, yeni dünya baxışı üçün böyük töhfədir.Aydındır ki, yeni dünya baxışında dünyadakı dəyişikliklərə münasibət tamam fərqli sahələri əhatə edir və bu proses sürətlə gedir. Artıq dünya güclərinin istəkləri və mesajları bu dəyişikliyin başlandığına incə işarələrdir. Yeni meyarlarla dünya idarəçiliyi prosesinə start verilib.
Bura qloballaşma, interkonnektivlik – yəni texnoloji inqilabla və internet vasitəsilə ölkələr və insanlar arasındakı əlaqələrin sürətlə qurulur, süni intellekt, beynəlxalq əməkdaşlıq, sosial ədalət, hibrid ideologiyalar və ən əsası, dünyanın poliarxiyası daxildir. Hegemonluq siyasətinin aradan qaldırılması, qarşılıqlı hörmət və ədalət prinsipi əsasında münasibətlər sistemində inqilabi dəyişikliklər yaratmaq mümkündür. Bu nizamın təşviqi yeni bir dünya anlayışını formalaşdırır. Bütün bu yeniliklərlə hesaplanmayan ölkələrin başı ciddi şəkildə ağrımağa məhkumdur.Rusiya ilə bu gün yaranan gərginliyi doğru analiz etmək lazımdır. Onun səbəbləri və nəticələrini ictimaiyyətə yanlış şəkildə çatdırmaq olmaz. Bəzi siyasi oyunbazlar burada manipulyasiya cəhdlərinə başlayıb. Hər halda nəzərə almaq lazımdır ki, dövləti idarə edənlər prosesləri tam nəzarət altında saxlayır və tənzimləyirlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Fevral 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri