Icma.az
close
up
RU
Baş verən bu proseslər Azərbaycan diplomatiya tarixinin növbəti uğurudur Deputat

Baş verən bu proseslər Azərbaycan diplomatiya tarixinin növbəti uğurudur Deputat

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vaşingtona rəsmi işgüzar səfəri zamanı bir çox sənədlərin imzalanması gözlənir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi və Azərbaycanın öz ərazisindən öz ərazisinə maneəsiz hərəkət etməsini təmin etməklə bağlı razılığın əldə olunması ehtimalı var və belə bir sənəd imzalanacaqdır. Bu sənədin detalları ilə sənəd imzalandıqdan sonra tam dəqiq tanış olacayıq, ancaq istənilən halda Zəngəzur dəhlizinin istifadəyə verilməsi və Azərbaycanın Şərqi Zəngəzurdan Naxçıvana maneəsiz hərəkətin təmin edilməsi çox böyük uğurdur".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistanın Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərini qəbul etməsindən danışarkən deyib.

Deputat qeyd edib ki, Qarabağ zəfərindən sonra sülh mətni hazırlansa da, Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirmədi:

"Biz Qarabağ zəfərini əldə etdikdən sonra məhz Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar prosesi həyata keçirilirdi. Sonradan sülh danışıqlarından, məhz kommunikasiyalarının açılması Zəngəzur dəhliziylə bağlı məsələlər ön plana çıxarıldı, sülh mətni tam olaraq razılaşdırıldı. Yalnız Ermənistan tərəfindən bəzi öhdəliklər var ki, tam yerinə yetirilmədiyi üçün sülh sazişinin imzalanması hələ də uzadılırdı. Lakin məhz Vaşinqton görüşündən sonra sülh mətninin, sülh anlaşmasının paraflanması və sülh mətninə sadiqliklə əlaqədər bəyanatın imzalanması, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə olunması demək olar ki, regionumuza yeni bir düzən gətirəcək. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda region dövlətlərinin inkişaf etməsi, region dövlətlərinin iqtisadi əlaqələrinin güclənməsi üçün əla bir zəmin yaradacaq, regionumuza vacib olan uzunmüddətli və dayanıqlı sülhün təmin olunması üçün ilkin addımlar atılacaqdır".

Parlamentari onu da əlavə edib ki, hazırkı baş verən proseslər Azərbaycan diplomatiyasının, xüsusən İlham Əliyevin uğurudur:

"Bu ağır və çətin prosesdə Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə öz mövqeyimizi qoruyub saxladı və bu günlərdə baş verən proseslər məhz cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilir. Biz inanırıq ki, bu razılıq əldə edildikdən sonra yaxın bir dönəmdə Ermənistan ərazisindəki 42 kilometrə yaxın olan həm dəmir yolları, həm də avtomobil yolları təmir olunacaq, yenidən bu yol bu ərazilərdə qurulacaqdır və biz tezliklə bu yolun istifadə edilməsinin şahidi ola biləcəyik. Həqiqətən də baş verən bu proseslər Azərbaycan diplomatiya tarixinin növbəti uğurudur. Cənab Prezidentin növbəti uğurudur, qələbəsidir və biz hesab edirik ki, bu proseslər nəticə etibarilə Azərbaycanımızın daha da güclənməsinə və region dövlətlərinin dinc, əmin-amanlıq şəraitində yaşamasına əla bir zəmin olacaqdır. Həm region dövlətləri, həm də ümumilikdə bu yoldan istifadə edəcək bütün tərəflər fayda götürəcəklər, yaxın gələcəkdə biz Ermənistan və Azərbaycan münasibətlərində yaxınlaşmanı da görə biləcəyik".

Mikayıl Mirzəzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Avqust 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri