Icma.az
close
up
RU
Bu, sadəcə bir ailənin faciəsi deyil! Rusiyada azərbaycanlılara qarşı faşizmin səbəbi nədir?

Bu, sadəcə bir ailənin faciəsi deyil! Rusiyada azərbaycanlılara qarşı faşizmin səbəbi nədir?

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Sevinc Mürvətqızının Yekaterinburqda baş vermiş faciə ilə bağlı "Vicdani səfərbərlik zamanı..." yazısını təqdim edir.

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisə təkcə Səfərovlar ailəsinə edilən zorakılıq deyil, qeyri-rus xalqlarına, ən əsası, azərbaycanlılara qarşı yönələn növbəti faşizm dalğasıdır.


Səfərovlar ailəsinin yaşadığı evə edilən basqın, onlara qarşı tətbiq olunan fiziki və psixoloji şiddət, hüquq-mühafizə orqanlarının qəddar, qəbuledilməz davranış tərzi bu ölkədə sistemli diskriminasiyanın nə qədər dərinləşdiyini göstərir. Bu, sadəcə bir ailənin və nəslin faciəsi deyil — bu, bütövlükdə Rusiyada yaşayan qeyri-rus xalqların faciəsidir.


Rusiyada illərdir alovlanmaqda olan milli ayrı-seçkilik və şovinizm, artıq açıq dövlət siyasətinə çevrilib. Hədəfdə isə təkcə etnik azlıqlar deyil, müsəlman kimliyinə sahib olan hər kəs – xüsusilə də azərbaycanlılar var.


Yekaterinburqda baş verənlər bu gedişatın acı nümunəsidir və bu, sadəcə bir şəhərdə baş vermiş lokal hadisə deyil, sistemin dağıdıcılığı haqqında çalınan SOS siqnalıdır.


Belə anlaşılır ki, Rusiyada yaşayan azərbaycanlılar bu gün artıq sadəcə etnik mənsubiyyətlərinə görə şübhəli hesab olunurlar. Və “günah” da sadəcə onların “nə etdikləri” deyil, kim olduqlarındadır.


Son dövrlərdə Kremlə yaxın media quruluşlarının və ictimai rəyin formalaşmasında rol alan fiqurların ritorikası da aydın gözə çarpır. Solovyov kimi Kreml tribunasına çevrilmiş “təbliğatçılar” açıq şəkildə Azərbaycan xalqını, müsəlmanları hədəfə alır, nifrət alovunu körükləməklə məşğul olurlar.


Bu hadisələr təkcə milli kimlik üzərindən yürüdülən bir kampaniya deyil, Rusiyada artıq əməlli-başlı ideoloji qapanma özünü göstərir. Ukrayna müharibəsində siyasi və hərbi iflasa uğrayan, Qərblə münasibətlərdə tam izolyasiyaya məruz qalan Rusiya vəziyyətdən çıxış yolu kimi “daxili düşmən” obrazı yaratmağa başlayıb. Bu obrazı isə ən rahat şəkildə qeyri-rusların, xüsusilə də azərbaycanlıların simasında “reallaşdırmağa” özündə haqq görür. Görünür, soydaşlarımız bu kontekstdə həm dini, həm də etnik baxımdan daha rahat “hədəfə gəlirlər...”


Yekaterinburqda baş verənlər bu "tablo"nun başlanğıcıdır. Bunun ardınca nə qədər ailənin, nə qədər gəncin taleyinin eyni aqibətlə üz-üzə qalacağı məlum deyil.
Yekaterinburqda baş verən faciə təkcə bir ailəyə qarşı törədilmiş vəhşilik deyil, bu, bütünlüklə milli heysiyyətimizə toxunan hadisədir, ona görə də belə məsələlərdə vicdani səfərbərlik lazımdır.


Məhz buna görə də dünəndən başlayaraq həm dövlət səviyyəsində, həm də cəmiyyətin müxtəlif təbəqələri tərəfindən sərt, obyektiv və insani mövqe ortaya qoyuldu – hamımız günahkarların cəzalandırılmasını və Rusiyada etnik-dini diskriminasiyaya son qoyulmasını tələb edirik!


Rusiyanın “çoxmillətli cəmiyyət qurmaq” iddiası gündən-günə sabun köpüyü kimi partlayıb yox olur, bu gün sadəcə kağız üzərində mövcuddur. Faktiki olaraq rus olmayan hər bir insan Rusiyada artıq potensial təhlükə, şübhəli və ya “cinayətkar” hesab olunur. Bu yanaşma nə hüquqi, nə mənəvi, nə də siyasi baxımdan əsaslandırıla bilər. Bu, açıq-aşkar irqçilikdir, milli ayrı-seçkilikdir və insan hüquqlarının kobud pozuntusudur.


Əgər bir ölkədə etnik və dini mənsubiyyət cinayətə bərabər tutulursa, hüquqi şəkildə araşdırılmadan bir ailə, bir nəsil evinin içindəcə gülləbaran edilirsə, hansı hüquqdan, ədalətdən, bərabərlikdən danışmaq olar?!


Yekaterinburqda sarsılan təkcə Səfərovlar ailəsi olmadı – bununla da Rusiyanın “çoxmillətli birgəyaşayış” ideyası da çökdü. Və əgər bu tendensiya davam edərsə, bu çöküşün təkcə daxili deyil, xarici nəticələri də qaçılmaz olacaq.


Azərbaycan dövləti Rusiyanı dalana dirənən bu qaranlıq yoldan çəkindirmək üçün nəinki tənqid, həm də beynəlxalq hüquq müstəvisində konkret və adekvat addımlar atmağa qadirdir... Əvvəl də olduğu kimi...

Çünki bu artıq fərdi bir faciə deyil. Bu, Rusiyada sistematik zorakılığın dövlət tərəfindən idarə olunmasının qorxunc total mənzərəsidir...

Gəncləri intihara sürükləyən mərc oyunları... 16 yaşlı qızı qaçıran axund kimə güvənir? Azərbaycanın tanınmış rəssamı vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 İyun 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri