Bu sahədə 12 yeni milli standart təsdiq olunub
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməyin təhlükəsizliyi və idarəetməsi üzrə növbəti 12 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Qeyd edilib ki, yeni standartlar sağlamlıq, təhlükəsizlik, idarəetmə və texniki səmərəlilik tələblərini əhatə edir və Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanıb.
Təsdiq edilmiş 12 yeni standart təşkilatlarda əməyin mühafizəsi, işə qəbul, karyera, peşə rəhbərliyi, biliklərin idarə edilməsi üçün effektiv idarəetmə sisteminin yaradılması, tətbiqi, saxlanılması, nəzərdən keçirilməsi və təkmilləşdirilməsi ilə bağlı tələbləri müəyyənləşdirir və təlimatlar verir.
Qeyd edək ki, əmək sahəsində 2025-ci il üzrə planlaşdırılan 111 standartdan 88-i artıq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 08 Dekabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















