Icma.az
close
up
RU
“Bu sahəyə baxan məmurlar müqavilələrə ciddi yanaşmalıdır”

“Bu sahəyə baxan məmurlar müqavilələrə ciddi yanaşmalıdır”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Bir gerçəklik var ki, illərdir Türkiyə ilə aramızda sənədlər imzalansa da, nümunəvi Türkiyə-Azərbaycan Universiteti yaranmasına nail ola bilmədik. Hərbi və digər sahələrdə irəliləyən imkanlarımız var. Amma təhsildə sənəddən o tərəfə keçəcək məqamları real həyatda tətbiq edə bilmirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Yəni bizim peşə təhsili ilə bağlı müqavilə bağlaya biləcəyimiz ölkə bəlkə də Almaniyadır, Avropa ölkələridir. Çünki orada peşə təhsili tamam başqa cür həyata keçirilir. Nümunəvi Türkiyə-Azərbaycan Universiteti üçün addımlar atıldı, amma biz bu məsələni populyar bir universitetə çevirə bilmədik. Ona görə də peşə təhsilinə də bu aspektdə yanaşmalıyıq. Bu sahəyə baxan məmurlar Türkiyə ilə Azərbaycan arasında bağlanmış bütün müqavilələrə ciddi yanaşmalı, ona mane olmamalıdırlar. Türkiyə məktəbləri Azərbaycan məktəb sferasından çıxıb və hansısa bir şəkildə onun bərpası istiqamətində addımlar atılmadı. Maarif vakfı yaradıldı, amma bu istiqamət önəmli idi. İndi biz rus dili ilə bağlı müəyyən problemlər yaşayırıq, kadrlarımız yoxdur. Orta məktəblərdə rusdilli təhsilin nə qədər zəif olduğunu görürük. Amma heç olmasa, dilcə yaxın olan Türkiyə məktəb sisteminin də müəyyən təzahürlərinin olması vacibdir”, - deputat qeyd edib. 

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri