Icma.az
close
up
RU
“Bu “şatdaun”dan sonra Tramp Maskı yenidən dövlət idarəçiliyinə qaytarmağa çalışacaq...” Analitik

“Bu “şatdaun”dan sonra Tramp Maskı yenidən dövlət idarəçiliyinə qaytarmağa çalışacaq...” Analitik

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Çünki onun həyata keçirdiyi işlərin mahiyyəti ABŞ hökumətinin bürokratik aparatının sayını azaltmaq, lazımsız məmurların işdən uzaqlaşdırılması  və Konqreslə olan maliyyə məsələlərini həll etmək üçün ciddi islahatlara əl atmaq məqsədi güdür...”

“Bir-neçə gün bundan əvvəl ABŞ lideri Donald Tramppp “şatdaun” elan etdi. Bu, ABŞ hökumətinin fəaliyyətinin müəyyən müddət ərzində dayandırılması deməkdir. Əlbəttə ki, bura yüksək vəzifəli məmurların işlərinin dayandırılması da daxil olsa da, elə strukturlar vardır ki, onlara bunun aidiyyəti ola bilməz. Belə vəziyyətin yaranmasına səbəb ilk növbədə Konqresin dövlət orqanları ilə maliyyə məsələləri bağlı ortaya çıxan narazılıqlardır”.  “Şatdaun” elan olunduğu andan qeyri-kritik orqanların fəaliyyəti dayandırılır və işçilər   ödənişsiz məzuniyyətə göndərilirlər.   “Qeyri-kritik orqanlar” dedikdə ölkənin təhlükəsizliyinə aidiyyatı olmayan qurumlar nəzərdə tutulur. Bununla belə, hökumətin xərclərini Konqres müəyyən etdiyindən, istənilən dövlət qurumunun maliyyələşdirilməsi dayandırıla bilər”.

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli ifadə edib.

“Bəzi federal xidmətlər “şatdaun” zamanı öz fəaliyyətlərini həmin müddətdə davam etdirə bilər.

ABŞ-ın başqa prezidentləri  dövründə “şatdaun”lar olmuşdur. Bunu adi hal kimi qəbul etmək olar. Bununla  belə, onun nəticələri idarəetmə sisteminin təkmilləşməsi ilə bağlıdır. 2018-ci ildə də Trampın qərarı ilə onun ilk “şatdaun”u həyata keçirilmişdi. Hökumətin fəaliyyəti 35 gün ərzində dayandırılmışdı. Analitiklərinin sözlərinə görə ikinci dəfə hakimiyyətə gələn Trampın yenidən “şatdaun”a əl atacağı gözlənilirdi. Çünki onun həyata keçirdiyi işlərin mahiyyəti ABŞ hökumətinin bürokratik aparatının sayını azaltmaq, lazımsız məmurların işdən uzaqlaşdırılması  və Konqreslə olan maliyyə məsələlərini həll etmək üçün ciddi islahatlara əl atmaq məqsədi güdür”, - deyə davamında həmsöhbətimiz bildirib.

Analitik hesab edir ki, bu “şatdaun” nəticəsində Tramp tərəfindən İlon Maskın yenidən ölkə idarəçiliyinə qaytarııması ehtimalı yüksəkdir:

“Xatırladaq ki, Tramp ikinci dəfə prezident seçiləndən sonra İlon Maskın əliylə yaratdığı qurum dövlət idarəçiliyin effektivliyini müəyyən edən yeni dövlət  strukturu idi. Maskın həyata keçirtdiyi layihələr  Trampın  ürəyincə idi. Onlar ilk növbədə dövlət xərclərini azaldırdı.  O zaman Konqres bu strukturun maliyyələşdirilməsinə müəyyən maneələr yaratsa da, İlon Maskın hökumətin bürokratik aparatında apardıqları dəyişikliklər  idarəçilikdə olan bir-çox maneələri aradan qaldırırdı. Bununla  belə, güclü bürokratiyanın təzyiqinə məruz qalan Tramp Maskın apardığı işi dayandırsa da, onun sisteminin effektivliyini nəzərə alaraq, bu “şatdaun”a getdi. Əlbəttə ki, ABŞ prezidenti Maskı yenidən yaratdığı dövlət  strukturunda görməyə  çalışacaq. Çünki o,  bürokratik aparatın işini gücləndirən və sayını azaldan yeganə şəxsiyyət idi. Ən əsası onun islahatlarından sonra, hökuməti saxlamaq üçün xərclərin həcmi azalacaq və Konqreslə Prezident arasında ortaya çıxan maliyyə məsələləri qaydasına  düşəcək.

Beləliklə, Trampın növbəti “şatdaun”u ABŞ hökumətinin maliyyə xərclərinin azaldılması və effektiv işləməsi ilə bağlıdır. Bu, Birləşmiş Ştatlar idarəçilik sisteminin effektivliyini artırmaq üçün atılmış düzgün addımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Oktyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri