Bu səhər Rusiya Kiyevdəki bir neçə enerji obyektinə zərbə endirib, bir nəfər ölüb
Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
14 oktyabr səhəri Rusiya qüvvələri paytaxtdakı bir neçə enerji obyektinə zərbə endirib. İlkin məlumata görə, Qoloseyevski rayonunda bir nəfər ölüb. Düşmənin səhər hücumu nəticəsində paytaxtın Darnitski rayonunda isə bir nəfər yaralanıb, o, xəstəxanaya yerləşdirilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçkonun açıqlamasında deyilir.
Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, 13 oktyabrda Rusiyanın Kiyevə endirdiyi ballistik raket zərbəsinin əsas hədəfi paytaxtın əsas enerji obyektlərindən biri olan 4 nömrəli İstilik Elektrik Stansiyası olub. Onun sözlərinə görə, hədəfə dəyən zərbə vurulub. Desnyanski rayonundakı yaşayış binasına da ziyan dəyib.
Zelenskinin sözlərinə görə, Ukrayna tərəfdaşlarından Rusiya ərazisindən ballistik raketlərin atılması ilə bağlı heç bir xəbərdarlıq almayıb, ona görə də hədəflər paytaxta yaxınlaşdıqca aşkarlanıb. Prezident həmçinin bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya əlavə ballistik raket hücumuna hazırlaşır.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 14 Oktyabr 2026 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















