Icma.az
close
up
RU
“Bu şəhərdə” Qurban Qurbanova hörmətsizlik etdi! Sadəcə, ayıb olsun!

“Bu şəhərdə” Qurban Qurbanova hörmətsizlik etdi! Sadəcə, ayıb olsun!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə narazılıq yağan mesajları oxuyandan sonra “yutub”a girib, “Bu şəhərdə Qurban Qurbanov” yazdım ki, Rafael İsgəndərovla Coşqun Rəhimovun noyabrın 15-də Heydər Əliyev Sarayında keçirilən “Ev Dar” adlı konsertindən hansı səhnənin belə qəzəb doğurduğunu öyrənim. Baxdım, heyrətləndim, iyrəndim: doğrudanmı, bu sənətdi və ya sənət belə olurmu?

Deməli, Rafael səhnədə Coşquna, yəni şərti Qurban Qurbanova müxtəlif suallar ünvanlayır. “Təsəvvür edin ki, illər keçir və Nəriman Axundzadə “Qızıl top” alır”, “təsəvvür edin ki, “Qarabağ” haçansa “Səbail”ə uduzur”, “təsəvvür edin ki, Azərbaycanın yığma komandası haçansa dünya çempionu olur”... Əvvəlki sualların hər birinə “ola bilər” cavabını verən Qurban Qurbanov axırıncı sualın cavabında qəşş edib özündən gedir, yerə yıxılır, o tərəfə - bu tərəfə aşır, Rafael onun əlindən tutub qaldırır. Bir sözlə, başdan-ayağa ikrah doğuran, sənətdən və sənətkarlıqdan minlərlə kilometr uzaq olan səhnəcikdi.
Mən artıq “Bu şəhərdə”nin prodüseri və ssenaristi Müşfiq Abbasovun açıqlamasıyla da tanış olmuşam. Adam belə əcaib-qəraib səhnəyə görə üzr istəmək əvəzinə “hansısa axmaq zaldan səhnəciyin bir hissəsini çəkib, halbuki çəkiliş qadağandı, haqqımıza giriblər, konsertin  montajdan sonra tam versiyasını Qurban Qurbanova göstərib onun fikrini öyrənərsiz” deyib.
Şəxsən mən belə düşünürəm ki, “Bu şəhərdə”nin ssenaristi və aktyorları zarafat üçün ən azı uyğun mövzu (istiqamət), yer və vaxt seçməyiblər. Millətin futboldakı zəifliklərini bu şəkildə məsxərəyə qoymaqla onu düzəltmək olmaz. Birincisi, Nərimanın nə yaşı var ki, bəlkə günlərin birində, doğrudan da, Avropaya səs salan futbolçuya çevriləcək? İkincisi, futbolda “Qızıl top” almaq və ya yığma səviyyəsində dünya çempionu olmaq qadın paltarı geyib şəbeh çıxarmaq qədər asan iş deyil. Bunun üçün adamın azacıq futbol biliyinin olması lazımdı ki, həmin bilik nə ssenaristdə var, nə də əməkdar aktyorlarda. Amma bütün bu sadaladıqlarımdan da önəmli məqam başqadı.
Qurban Qurbanov bu ölkədə 7-dən 77-yə hər kəsin simpatiya bəslədiyi, hörmət etdiyi, peşəkarlığı və kişiliyi ilə ad çıxaran üç-beş adamdan biridi. Ona yuxarılar da hörmət edir, aşağılar da, futbolu sevənlər də hörmət edir, sevməyənlər də. Çünki uzun illər boyunca əzilən, ayaqlar altında olan klub futbolumuzun imicini, obrazını dəyişib, Azərbaycanı dünyaya tanıdan şəxsdi, şəxsiyyətdi. Qurban bəylə dəfələrlə rəsmi və qeyri-rəsmi məclislərdə üz-üzə gələn adam kimi deyirəm ki, o, “Bu şəhərdə”nin konsertində səhnələşdirilən səviyyədə davranış, əxlaq və düşüncə yiyəsi deyil. Qurban bəyin zarafat anlayışı bu çərçivələrdən xeyli ucadadı. Adam vətəninin nəinki futbolunu, itini, pişiyini, ağacını-daşını, sənətkar sayılan, ancaq sənətə belə hoqqabazlıqlar qatan sizləri də sevir.
Montajdan sonrakı versiyasında nə olacaq ki? Açıq-aşkar Qurban Qurbanova oxşadılan birini yerdən qaldırıb ayaqüstə məzələnəcəksiz? Qurban Qurbanov kimi şəxsiyyəti bu səviyyəyə necə endirdiz ki, indi də ayağa qaldırmaq üzərində düşünəsiz? Ümumiyyətlə, Azərbaycanın ən böyük dəyərlərindən birini necə bələ lağ, məsxərə obyektinə çevirə bilirsiz? Ssenarist nəinki Qurban bəyi, istənilən başqa futbol adamını da yerə sərilib vurnuxmağa (çox çalışdım ki, nəzakətli ifadə seçim...) məcbur edirsə, onu yerdə təsəvvür edirsə, bunun adı sənətdimi?
Bildiyim qədəri ilə sənət adamları düşünməyə məcbur etməlidi, onların bədii zövqünün, estetik dünyagörüşünün formalaşmasına təkan verməlidi. Sizin təkanınız ölkənin ən populyar, sevilən şəxslərindən birini məsxərəyə qoymaqdan ibarətdisə, mənə nə belə sənət lazımdı, nə də sizin kimi sənətkarlar! Sadəcə, ayıb olsun!
HUŞƏNG

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Noyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri