Icma.az
close
up
RU
Bu şəhərlər də elektrikli avtobuslarla təmin olunacaq AÇIQLAMA

Bu şəhərlər də elektrikli avtobuslarla təmin olunacaq AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkil olunacaq.

Elektrkli avtobusların fəaliyyəti ekologiyaya necə təsir göstərəcək? Bu məsələ başqa şəhərlərdə də tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirdi ki, Naxçıvanda avtobusların elektrikli olması ilə bağlı verilən sərəncam alqışlanmalıdır:

"Amma bu, bütün rayonların, bütün bələdiyyələrin işi olmalıdır. Bu proseslər həyata keçirilməlidir ki, təmiz mühitə sahib olunsun. Lakin bir gül ilə bahar olmur. Sadəcə Azərbaycanda bunu həyata keçirməklə ekologiyaya, qlobal istiləşməyə çox da böyük töhfə verilmir".

Ekoloq qeyd etdi ki, coğrafi baxımdan biz böyük işlər görə bilərik.

"Elektrikli avtobusların istehsalında ekologiyaya nə qədər zərər dəyməsi mübahisəli mövzudur. Hesab edirəm ki, Naxçıvanda belə siyasətin həyata keçirilməsinə görə dövlət rəhbərinin sərəncam imzalaması çox uğurlu addımdır. İstər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və digər iri şəhər və qəsəbələrimizdə də tətbiq olunmalıdır", - deyə Q.İbrahimli bildirdi.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, Naxçıvanda hal-hazırda ictimai nəqliyyat instrukturlarına tələbat Bakıda olduğu qədər deyil:

"Bakıda kifayət qədər özəl şirkətlər dizel yanacağı ilə işləyən yeni avtobuslar gətiriblər. Onların istismar müddəti bitdikcə, tədricən elektrikli avtobuslara keçid olunacaq. Naxçıvan pilot layihə olacaq. Ölkə prezidenti tərəfindən sərəncam verilməsi yaxşı haldır. Naxçıvanda dinamik olaraq ictimai nəqliyyat infrastrukturu inkişaf etməyə başlayır. Tam elektrikli avtobuslara keçid pilot layihə olacaq. Düşünürəm ki, Xankəndi və bizim digər Qarabağ bölgələrimizdə gələcəkdə şəhərlər qurulduqca infrastruktur elə formalaşacaq ki, orada da ictimai nəqliyyat sistemi qurularkən yalnız elektrikli avtobuslar tətbiqinə icazə veriləcək. Beləliklə, ictimai nəqliyyatda sərnişin daşınma sektoru birbaşa elektrikli avtobuslara keçidi təmin etmiş ola bilər".

Ekspert qeyd etdi ki, bu fəaliyyət yalnız Naxçıvanla məhdudlaşmayacaq.

"Tədricən Mingəçevir, Lənkəran və sair böyük şəhərlərdə bu tətbiq oluna bilər. Eyni zamanda, nəqliyyat daşıyıcı şirkətlər yeniləndikcə elektrikli avtobuslara keçid təmin olunacaq. Nəticə etibarilə ölkə ekologiyasında, karbonun atmosferə daxil olmasında müstəsna bir rol oynayacaq" - deyə İ.Hüseynli bildirdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Mart 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri