Icma.az
close
up
RU
Bu səhvləri hətta yaxın adamlara belə bağışlamaq olmaz

Bu səhvləri hətta yaxın adamlara belə bağışlamaq olmaz

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mütəxəssislər məsləhət görür ki, əgər sizi nəsə incidirsə, susmayın amma aqressiya da göstərməyin. Əgər təhqir sizə yad kəsdən yox, yaxın dostdan gəlirsə, təsiri daha ağrılı olur. Tanımadığınız birinin təsadüfi sözlərindən fərqli olaraq, dostdan gələn acı sözə necə reaksiya vermək lazım olduğunu anlamaq çətindir, çünki ünsiyyət davam edəcək.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, "Netflix"də yayımlanan “Maneralarınıza Diqqət Edin” şousunun aparıcısı və eyni adlı kitabın müəllifi Sara Ceyn Xo izah edir ki, necə düzgün cavab vermək olar ki, qarşı tərəfi alçaltmadan sərhəd qoyulsun. O, yumşaq şəkildə belə soruşmağı tövsiyə edir: “Sən yaxşısanmı"?

Onun sözlərinə görə, bu ifadə nəzakətli formada göstərir ki, deyilən söz etik çərçivəni aşır. Lakin burada əsas məsələ intonasiyadır bunu mehriban səslə demək lazımdır, kəskin və əsəbi tonla yox. “Mən aqressiya ilə cavab vermirəm. Məqsədim həm qayğı göstərmək, həm də sərhəd qoymaqdır”, - ekspert vurğulayır.

Lakin Pepperdine Universitetinin psixologiya professoru və Amerika Psixoloji Assosiasiyasının keçmiş prezidenti Tema Bryant qeyd edir ki, əgər bu davranış sistematik hala çevrilirsə, artıq cavab verməyin vaxtıdır. Amma bunu düşmənçiliklə və uzun izahlarla etməmək lazımdır. “Aşağılayıcı söz eşidəndə, qısa şəkildə onu inkar etmək kifayətdir ki, deyilən fikir həqiqət kimi qəbul edilməsin", - o məsləhət verir.

Dostluğun bitməsi də bir seçimdir

Əgər dostun davranışı ünsiyyəti dözülməz hala gətirirsə, münasibəti bitirmək barədə düşünmək olar. Bryant dostluğu yumşaq şəkildə bitirmək üçün üç üsul göstərir. Onun fikrincə, qərarı mümkün qədər tez bildirmək vacibdir gecikdirmək və ya situasiyadan qaçmaq yalnız ağrını artırır. Bu zaman dostun qüsurlarını sadalamağa və uzun hesablaşmalara ehtiyac yoxdur sakit formada səbəbi demək kifayətdir.

Psixoloq ikimənalılıqdan da çəkinməyə çağırır: münasibəti sadəcə rahatlıq üçün davam etdirməyin. Əgər görüşməkdən imtina edirsiniz, amma darıxanda zəng edirsinizsə, bu qarşı tərəfə sizin münasibətlə “oynadığınız” kimi görünə bilər. Daha doğru olan qərar vermək və ona sadiq qalmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri