Icma.az
close
up
RU
“Bu sənəd toplumda rezonans doğurmalıdır…” Vasif Qurbanzadə ilə müsahibə

“Bu sənəd toplumda rezonans doğurmalıdır…” Vasif Qurbanzadə ilə müsahibə

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mədəniyyət xalqın yaddaşı, dili, tarixən formalaşmış dəyərlər sistemi, davranışı, yaradıcılıq ruhu, dünyaya baxışı – bir sözlə, milli kimliyidir. Qloballaşmanın sürətləndiyi, mədəni sərhədlərin getdikcə şəffaflaşdığı bir dövrdə milli kimliyin qorunması və mədəni inkişafın strateji planlaşdırılması dövlətlərin mədəniyyət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Bu kontekstdə 16 yanvar 2026-cı il tarixində Azərbaycan mədəniyyətinin qarşıdakı onilliklər üçün inkişaf yolunu müəyyən edən mühüm bir sənəd – “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiq olundu.
Bizim.Media xəbər verir ki, “Fuyuzat.az” saytı bu konseptual sənədin mahiyyəti, strateji hədəfləri, gözlənilən təsirləri və mədəni həyatımıza vəd etdiyi yeni mərhələni daha əhatəli və analitik məzmunda şərh etmək məqsədilə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadədən müsahibə alıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
– Salam, Vasif müəllim. Necəsiniz?
– Salam. Təşəkkür edirəm, yaxşıyam.
– Bir neçə gün əvvəl ölkə başçısı tərəfindən “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiq olundu. Həddən ziyadə əhatəli və çoxşaxəlidir. Bu amillər onun tam icra oluna bilənliyini şübhə altına ala bilərmi?
– Bu konsepsiya 15 illik mədəni fəaliyyətin konturlarını müəyyən edən mədəniyyət doktrinasıdır. Konsepsiyanın xüsusi cəhətlərindən biri məhz mərhələli icra mexanizminə malik olmasıdır. 2026–2040-cı illəri əhatə edən 3 mərhələli yanaşma (2026–2030, 2031–2035 və 2036–2040) mədəniyyət siyasətinin situativ qərarlardan asılı olmamasını, zəncirvari proqramlar sistemini özündə ehtiva etdiyi üçün davamlı qiymətləndirmə və yenilənmə imkanlarının təmin edilməsini nəzərdə tutur. Bu struktur strateji planlaşdırma baxımından Avropa İttifaqının mədəniyyət sahəsi üzrə strateji sənədlərində tətbiq olunan “monitorinq-qiymətləndirmə-yenilənmə” modeli ilə analoji xarakter daşıyır və sənədin icra edilə bilənliyini təmin edir. Yəni konsepsiyanın icra mexanizmləri üzrə müəyyən edilmiş strukturu onu canlı və dinamik orqanizmə çevirir, nəzərdə tutulan zaman kəsiminin müxtəlif dövrlərində formalaşan tələblərə uyğun özünün immunitet sistemini yeniləyə bilir.
– Konsepsiyanın icrası ilə bağlı ziyalılarımızın ideyası olsa, bu istiqamətdə təşəbbüslə çıxış etmək olarmı?
– Bu konsepsiya uzun illər kristallaşmış problemlərin həllinə, arzulanan ideyaların reallaşmasına yönəlmiş strateji sənəddir.
Bu sənəd toplumda rezonans doğurmalıdır. Nəinki mədəni ictimaiyyətdə, bütün cəmiyyətdə mütəmadi müzakirə predmetinə çevrilməlidir. Çünki konsepsiya mahiyyətcə açıq sənəddir, onun icra mərhələsi qəbul olunacaq dövlət proqramları vasitəsilə reallaşacaq. İctimaiyyət bu prosesdə iştirak edə və sosial sifarişlər irəli sürülə bilər.
– Konsepsiyanın preambulasında (şərh hissələrində) müxtəlif istiqamətlər üzrə iqtisadi göstəricilərə istinad edilib. Fəaliyyət Planında da mədəniyyətin iqtisadiyyatda payının artırılması nəzərdə tutulur. Məqsəd mədəniyyəti əmtəəyə çevirməkdir?
– Konsepsiyanın mühüm strateji üstünlüklərindən biri də mədəni və yaradıcı sənayelərin (MYS) iqtisadi inkişaf kontekstində təqdim edilməsidir. MYS-in ÜDM-də payının ölçülməsi, ixrac potensialının artırılması və bu istiqamətdə məşğulluğun genişləndirilməsi konkret hədəflərlə əsaslandırılır. Bu yanaşma Böyük Britaniya, Cənubi Koreya və Skandinaviya ölkələrinin təcrübəsinə əsaslanır və mədəniyyəti iqtisadi artımın alternativ mənbəyi kimi dəyərləndirən modellərə uyğun gəlir. Beləliklə, mədəniyyət “xərc maddəsi” statusundan çıxarılaraq “investisiya sahəsi” kimi formalaşdırılır. Yəni mədəniyyət əmtəə predmeti kimi nəzərdən keçirilmir, investisiya qoyuluşu üçün münbit şəraiti olan sahə və prestij gətirən fəaliyyət kimi qiymətləndirilir. İrimiqyaslı şirkətlərin, bankların, hətta transmilli şirkətlərin milli və dünya mədəniyyətlərinə sərmayə yatırmaları bunun ən bariz nümunəsidir.

– Mədəniyyət sahəsində institusional islahatların aparılması nəzərdə tutulur. Bu istiqamətdə elm, mədəni turizm, təhsil sahələrində, əqli mülkiyyət məsələlərində və özəl sektorla müəyyən işlərin aparılması planlaşdırılır. Bu islahatlar Azərbaycan mədəniyyətinə nə vəd edir?

– Konsepsiyada mədəniyyət fraqmentar sahə kimi deyil, vahid, çoxsəviyyəli və uzunmüddətli inkişaf sistemi kimi nəzərdən keçirilir. Onun əhəmiyyəti həm mədəniyyət sektorunu tənzimləməsində, həm də insan kapitalının formalaşması, sosial həmrəyliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi kimi geniş dövlət məqsədlərinə xidmət etməsindədir. Bu baxımdan Konsepsiya Azərbaycan üçün sadəcə mədəni siyasət sənədi deyil, mədəniyyət üzərindən inkişaf fəlsəfəsini ifadə edən fundamental strateji doktrinadır.
Konsepsiyada eyni zamanda mədəniyyətin elm, təhsil və innovasiya ilə sistemli şəkildə əlaqələndirilməsi öz əksini tapıb. Sənəddə mədəniyyət sahəsində elmi araşdırmaların genişləndirilməsi, mədəni bilginin istehsalı və tətbiqi xüsusi vurğulanır. Bu, mədəniyyəti yalnız emosional və estetik sahə kimi deyil, rasional bilik və tədqiqat obyekti kimi qəbul edən müasir Avropa mədəni siyasəti ilə paralellik təşkil edir. Bu yanaşma mədəniyyətin idarə olunmasında subyektivlikdən uzaqlaşaraq ölçülə və qiymətləndirilə bilən, nəticəyönlü mexanizmlərin tətbiqinə imkan yaradır. Mədəniyyəti sosial kapital və inkişaf resursu kimi konseptuallaşdırır.
Normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, mədəniyyətə əlçatanlığın və inklüzivliyin təmin edilməsi, mədəniyyət sahəsində rəqəmsal inkişaf və rəqəmsal mədəniyyətin formalaşdırılması, müasir kommunikasiya modellərinin tətbiqi, büdcə xərcləri üzrə səmərəliliyin artırılması məqsədilə optimallaşdırma və təmərküzləşmə prosesinin aparılması mədəniyyət sahəsində idarəçiliyin klassik bürokratik modeldən azad olunmasını nəzərdə tutur. Bu yanaşma eyni zamanda mədəniyyət sahəsində idarəçiliyin daha çevik, hesabatlı, dayanıqlı olmasına xidmət edir və digər dövlət qurumları ilə koordinasiyanı gücləndirir.
– Konsepsiyada Azərbaycan dili, davranış və bilgi mədəniyyəti xüsusi sahə kimi qeyd edilib. Bu anlayışlar ilk dəfədir ki, normativ hüquqi aktlarımızda məhz mədəniyyət sahəsi kimi əks olunub. Hansı zərurət bunu tələb edirdi?
– Konsepsiya qloballaşma, rəqəmsallaşma və mədəni homogenləşmə riskləri fonunda milli-mənəvi dəyərlərin, xüsusilə Azərbaycan dilinin qorunmasını və inkişafını prioritet istiqamət kimi müəyyən edir. Bu yanaşma UNESCO-nun mədəni müxtəlifliyin qorunması və inkişafı ilə bağlı sənədlərində göstərilən istiqamətlərlə uyğunluq təşkil edir. Belə ki, bu gün milli mədəniyyətlər yalnız qorunmalı obyekt statusunda qalmalı deyil, eyni zamanda inkişaf etməsi üçün beynəlxalq mədəni mübadilədə fəal subyekt kimi də çıxış etməlidirlər. Beləliklə, bu Konsepsiya milli mədəniyyətin müdafiə mövqeyindən çıxaraq təşəbbüskar mövqeyə keçməsini hədəfləyir.
Davranış və bilgi mədəniyyətinin ayrıca mədəniyyət sahəsi kimi təqdim edilməsinə gəlincə, qeyd etmək istərdim ki, konsepsiyada bu sahələr həm etik və maarifçilik məsələsi kimi, həm də cəmiyyətin sosial keyfiyyətini, ünsiyyət səviyyəsini və qərarvermə mədəniyyətini müəyyən edən strateji amillər kimi qiymətləndirilir.
Bu yanaşma mədəniyyət siyasətini fərdin gündəlik davranış praktikalarına qədər genişləndirir və mədəniyyəti sosial nizamın formalaşdırıcı mexanizmi kimi ön plana çıxarır.
– Konsepsiyada mədəniyyətin altı sahəsi əhatə olunub. Bunlardan ikisi – Azərbaycan dili və ədəbiyyat sahəsi məhz Sizin rəhbərlik etdiyiniz struktur bölmənin fəaliyyət istiqamətinə aiddir. Hər ikisinə də geniş yer verilib. Azərbaycan dili ilə bağlı bölmədə əsas icraçı orqan da Mədəniyyət Nazirliyi göstərilib. Artıq dil məsələləri üzrə səlahiyyətli və məsuliyyətli orqan Nazirlikdir?
– Azərbaycan dili xalqımızın ən böyük milli sərvətidir. Dilin formalaşması isə sivilizasiya tarixində ən böyük mədəniyyət hadisəsidir. Bu baxımdan Konsepsiyada Azərbaycan dilinə geniş yer verilməsi təbii haldır. Nazirliyin bu istiqamətdə səlahiyyətli olmaması təəccüb doğura bilər, nəinki bunun əksi.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Mədəniyyət Nazirliyinin Əsasnaməsinə dəyişiklik olunmuşdur. Dəyişikliyə əsasən, Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək Nazirliyin vəzifələrinə aid edilmişdir.
Konsepsiyada Azərbaycan dili ilə bağlı öz əksini tapmış bütün istiqamətlər üzrə fəaliyyət Nazirliyin funksiyalarına aiddir. Şöbə olaraq qarşıdakı illərdə bizi çox məsuliyyətli və məhsuldar fəaliyyət dövrü gözləyir.
– Konsepsiyanın “ədəbiyyatın təbliği, o cümlədən nəşriyyat işinin inkişafı” bölməsində öz əksini tapan “Azerbaijani Literature Abroad” layihəsi dünyada tətbiq olunan tərcümə layihəsidir?
– Bu gün bir çox dövlətlər yerli nəşriyyat məhsullarının dünya kitab bazarına inteqrasiyasını təmin etmək üçün bilavasitə dövlət büdcəsindən maliyyələşən və dövlətin himayəsində olan təxminən oxşar icra mexanizmlərinə və prosedurlarına malik beynəlxalq tərcümə proqramları (layihələri) yaradırlar.
Türkiyə Respublikası TEDA (Türk Kültür, Sanat ve Edebiyat Eserlerinin Dışa Açılımını Destekleme Projesi), Norveç Krallığı NORLA (Norwegian Literature Abroad), İspaniya Krallığı PICE (The Programme for the Internationalization of Spanish Culture), Polşa Respublikası PTP (The Poland Translation Program), Gürcüstan GLT (Georgian Literature in Translation) proqramı vasitəsilə öz milli mədəniyyətini və ədəbiyyatını xarici ölkələrə ixrac edirlər. Çağdaş dövrün beynəlxalq təcrübəsi göstərir ki, bu proqrama sahib olmayan ölkələrin ədəbiyyatının beynəlxalq bazara inteqrasiyası və müəlliflərinin beynəlxalq ədəbi mükafatlarda iştirakı çox çətindir. Bu günə qədər çox az sayda azərbaycanlı müəllifin əsəri öz təşəbbüsü ilə xarici dillərə tərcümə olunsa da, beynəlxalq bazarın məhsuluna çevrilə bilməyib. Çünki şəxsi təşəbbüslər hesabına buraxılan ədəbiyyatların bazara çıxarılması xarici nəşriyyatlar üçün maraq kəsb etmir.
Bu layihənin təsis olunduğu ölkələrdə qısa zamanda kitab sənayesinin müxtəlif profilli subyektləri formalaşır və inkişaf edir. Həmin ölkələrdə müəlliflik hüquqlarının satışı üzrə agentliklər fəaliyyətə başlayır, tərcüməçilik peşəsi inkişaf edir. Proqram vasitəsilə həm yerli müəlliflər, həm nəşriyyatlar, həm də tərcüməçilər gəlir əldə edirlər.
Bəli. Bu Sizin qeyd etdiyiniz layihədir və çağdaş dövrün kitab sənayesi sektorunda ən çox tələb və ehtiyac duyulan projedir.
– Layihə çərçivəsində Azərbaycan ədəbiyyatının hansı dövrləri və janrları prioritet hesab ediləcək və xarici dillərə tərcümə olunacaq əsərlərin, müəlliflərin seçimi hansı meyarlar əsasında aparılacaq?
– Layihə təsdiq olunmadan bu barədə konkret fikir söyləmək hələ ki tezdir.
Əminliklə deyə bilərəm ki, bu layihə beynəlxalq təcrübə əsasında hazırlanacağı üçün kitab sənayesinin bütün subyektləri tərəfindən xoş qarşılanacaqdır.
Çünki tətbiq olunacaq meyarlar təxminən hamınız üçün bəllidir.
– Tərcümələrin keyfiyyətinə nəzarət necə həyata keçiriləcək və layihədə yerli və xarici mütəxəssislərin əməkdaşlığı planlaşdırılırmı?
– Ümumiyyətlə, tərcümələrlə bağlı narazılıqların olmasından çox narahatıq. Hazırda bu sahədə tərcüməçilərin sertifikatlaşdırılması məsələsi üzərində müzakirələr aparırıq.
Bu məcburi prosedura əsaslanmayan sertifikatlaşdırma mexanizmi ola bilər.
Sertifikatın önəmi və əhəmiyyətinin təbliği aparılacaqdır.
Oxucuların bu sertifikatı olmayan tərcüməçilərin kitablarından, xarici naşirlərin isə onların xidmətlərindən uzaq durması yönündə maarifləndirmə işi həyata keçiriləcəkdir.
– Sizcə, bu təşəbbüs Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində mövqeyinə necə təsir göstərəcək?
– Bir sözlə ifadə etməli olsaq: çox yüksək… İstedadlı yazarlarımız çoxdur. Azərbaycanda böyük əsərlər tarixin bütün dönəmlərində yaranıb. Yenə yaranacaq.
Tərcümə proqramı layihəsi bizim sözü, bizim ədəbiyyatı, bizim fikri dünya ədəbiyyatının iştirakçısına çevirəcək.
Ədəbiyyatımız və yazarlarımız üçün bu böyük üfüqdür. Dünya oxucusu ilə ünsiyyətdir.
– Konsepsiyada elmi ədəbiyyatın da tərcüməsinin nəzərdə tutulduğu qeyd olunur. Bu istiqamətdə hansı addımlar planlaşdırılır?
– Bizim kitabxana fondlarının elmi ədəbiyyatlara nə qədər ehtiyacı olduğunu hər kəsdən çox tələbələrimiz bilir. Dünyada da elmi yeniliklər günbəgün artır ki, bu da yeni biliklərlə bərabər, yeni ədəbiyyatların yaranmasına səbəb olur. Biz bütün bu çağırışlara dünyanın müxtəlif ölkələrində elmi yenilikləri əks etdirən ədəbiyyatların tərcüməsini və nəşrini həyata keçirməklə cavab verməyə çalışacağıq. Qeyd etməyi vacib bilirəm ki, hazırda “Nəşr məhsullarının satınalınması” müsabiqəsində də elmi ədəbiyyatların alışı əsas hədəflərimizdəndir.
Doğrudur, nəşriyyatlarımız elmi ədəbiyyat təklif etməkdə passivdirlər, amma buna baxmayaraq, bu sahədə uğur qazanmağa çalışırıq. “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında da Azərbaycan dilində elmi, elmi-publisistik əsərlərin sayının və keyfiyyətinin artırılması nəzərdə tutulur ki, bu da kitabxana fondlarımızın elmi ədəbiyyatlarla zənginləşdirilməsi ilə bərabər, Azərbaycan dilinin inkişafına öz müsbət təsirini göstərəcəkdir.
– Vaxt ayırdığınız üçün təşəkkür edirəm. Sonda adəti sualımızı verməklə müsahibəni bitirmək istəyirəm. “Füyuzat”ı bir cümlə ilə necə ifadə edərsiniz?
– Milli düşüncənin, mədəni özünüdərkin və intellektual oyanışın tribunasına çevrilmiş ideya jurnalı.
– Təşəkkür edirəm. Gözəl səsləndirdiniz.
– Bu, “Füyuzat”ın “öz səsi”dir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri