Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycan rəssamlıq məktəbinin layiqli davamçısı Ceyhun Qurbanzadə AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Özünəməxsus ənənələri ilə seçilən Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələri - Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Sadıqzadə və başqalarının bənzərsiz və özünəməxsus dünyası, milli mədəniyyətimizə verdikləri misilsiz töhfələr həmişə böyük heyranlıqla qarşılanıb, əsərləri dərin məhəbbətlə sevilib. Bu ənənənin uğurlu davamçlarından biri də Əməkdar incəsənət xadimi Toğrul Sadıqzadənin və Xalq rəssamı Ağəli İbrahimovun tələbəsi olmuş Ceyhun Qurbanzadədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcovun tanınmış rəssam Ceyhun Qurbanzadənin 55 illiyinə həsr olunmuş yazısında yer alıb. Yazını təqdim edirik.

Ceyhun Ağazeynal oğlu Qurbanzadə 1969-cu il noyabrın 22-də Astara şəhərində anadan olub. 1988-ci ildə Bakıda Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib və elə həmin ildən fəal şəkildə rəsm sərgilərində iştirak etməyə başlayıb. Rəssamlığa olan dərin sevgisi və böyük marağı onu Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə gətirib və bu ali təhsil müəssisəsini 1997-ci ildə uğurla başa vurub. Gərgin zəhməti ilə yaratdığı əsərlər təkcə rəsmsevərlər tərəfindən deyil, həm də mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib.

Ceyhun Qurbanzadənin əsərləri, əsasən, rəngkarlıq və qrafika üslubunu əhatə edir. O, modernist, peyzaj, portret, tarixi və batal janrlarında ixtisaslaşıb. O, hər bir əsəri üzərində çox dəqiqliklə çalışır. Bəzən bir əsər üçün illərini sərf edir. Belə əsərlərindən biri “Xocalı faciəsi” tablosudur. Bu əsər üzərində 5 il çalışan müəllif əsas məqsədinə - Xocalı faciəsinin dəhşətlərini və məsum qurbanların xatirəsini yaşatmaq və bütün dünyaya çatdırmağa uğurla nail olur.

2006-cı ildə Ceyhun Qurbanzadəyə Azərbaycandakı Müqəddəs Məryəm kilsəsi üçün Polşanın sabiq Prezidenti Lex Kaçinski tərəfindən Roma Papası II İohann Pavelin portretlərinin sifarişi verilir. Bu portretlər dövrün Vatikan Dövlət katibi Kardinal Bertoni tərəfindən yüksək qiymətləndirilib və müqəddəsləşdirilib. Həmin dövrdə rəssam Roma Papası Benedikt tərəfindən medalla təltif edilib. Ceyhun Qurbanzadənin ən məşhur sənət əsərlərindən biri olan “Dədə Qorqud” Kardinal Bertoni tərəfindən Vatikanın Dövlət Muzeyinə aparılıb və bu, əsərin beynəlxalq miqyasda tanınmağını təmin edib.

2024-cü il noyabrında Özbəkistan Respublikası nümayəndə heyətinin sifarişi əsasında yaratdığı əsərlərdən biri də Qətər Biznes adamları Assosiasiyasının sədri Şeyx Faysal bin Qassim Əl-Taninin portretidir. Bu portret Qətər hökuməti nümayəndələrinin böyük marağına səbəb olub və rəssamı öz ölkələrinə dəvət ediblər. Ona xüsusi təşəkkürünü bildirən Şeyx Qassim Əl-Tannin rəssamın əsərlərinin Qətərdə müxtəlif sərgilərdə nümayiş edilməsinin və belə bir istedadlı rəssamın tanıdılmasının vacibliyini dönə-dönə vurğulayıb.

Ceyhun Qurbanzadə beynəlxalq miqyasda böyük uğurlara sahibdir. O, 2006-cı ildə Polşa Prezidenti tərəfindən təşəkkür məktubu, 2008-ci ildə Roma Papası tərəfindən medalla təltif olunub.

Uzun illərdir ki, Ceyhun Qurbanzadə öz sənət nailiyyətləri ilə bağlı çoxsaylı televiziya proqramlarına dəvət olunur, öz əsərlərini müxtəlif sərgilərdə nümayiş etdirir.

Sənətinə dərin sevgisi və peşəkarlığı ilə tanınan rəssamın yaxın günlərdə 55 yaşı tamam olur. Öz fırçası ilə yaratdığı fərqli dünyalarla insanların düşüncəsinə yol tapan gözəl Azərbaycan rəssamını əlamətdar yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağılığı və yaradıcılıq uğurlar arzulayıram. Yaratdığı əsərlər əminliklə onu deməyə əsas verir ki, Ceyhun Qurbanzadə Azərbaycan rəssamlıq məktəbinin layiqli yetirməsi kimi yeni-yeni uğurlara imza atacaq və ölkəmizdə təsviri sənətin inkişafına mühüm töhfələr verəcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri