Icma.az
close
up
RU
Döyüş meydanından yüzlərlə yaralını çıxaran qazımız Aqşin Qurbanzadə

Döyüş meydanından yüzlərlə yaralını çıxaran qazımız Aqşin Qurbanzadə

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Zaqatala, 1 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Vətən müharibəsində ilk gündən döyüşlərə atılan qəhrəman qazilərimizdən biri də Zaqatala rayonundan olan Aqşin Qurbanzadədir.

AZƏRTAC-ın bölgə müxbiri Qarabağ qazisi Aqşinlə görüşüb, onun döyüş yolu ilə maraqlanıb.

Aqşin Qurbanzadə 1999-cu ildə Zaqatala şəhərində anadan olub. Türkiyədə Qafqaz Universitetində təcili yardım həkimi ixtisası üzrə ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra Vətənə qayıdıb, 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Ağcabədi və Füzulidə hərbi xidmətdə olub. Ordudan tərxis olunmasına 3 gün qalmış, 2020-ci il sentyabrın 27-də müharibə başlayıb. Müharibənin ilk günündən döyüşlərə qatılıb, həyatını təhlükəyə ataraq yüzlərlə yaralını döyüş meydanından çıxarıb.

Aqşin həmin günləri belə xatırlayır: “Sentyabrın 27-si səhər saat 7-8 olardı. Əmr gəldi ki, müharibə başlayıb. İlk döyüşlər Füzuli istiqamətində idi. Taborumuz ehtiyat üçün olduğundan gözləmədə idik. Saat 8-in yarısında əmr gəldi və komandirimiz Anar Seyidov, mən və daha iki nəfər rabitəçi əsgər xüsusi tapşırıqla döyüşlərin getdiyi yerə yollandıq. Döyüşlər Füzuli istiqamətində gedirdi. İlk dəfə idi ki, əsl döyüşlərin şahidi olurdum. Düşmən minamyotlardan, toplardan atəş açırdı, mərmilərin partlayış səsindən qulaq tutulurdu. Əsas işim yaralıları döyüş ərazisindən çıxarmaq və onlara ilkin tibbi yardım göztərmək idi. Yaralıları təcili tibbi yardım maşını ilə Füzuli şəhərindəki xəstəxanaya daşıyırdıq. Əbdürrəhmanlı kəndi istiqamətində avtomobilimizi minamyotla vurdular. Komandirimiz də, mən də yaralandıq. Bütün bədənim qəlpə yaraları idi. Buna baxmayaraq yenidən döyüş xəttinə yollandım. Oradakı yaralı əsgərlər məni gözləyirdilər, onlara tibbi yardım göstərmək lazım idi”.

Aqşin yaralanmasına baxmayaraq müharibə başa çatanadək ən qaynar nöqtələrdə döyüş əməliyyatlarında iştirak edib, Füzulinin Yuxarı Əbdürrəhmanlı, Yuxarı və Aşağı Seyidəhmədli, Xocavəndin Kürdlər, Domi kəndlərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralıları döyüş meydanından çıxarıb, onlara ilkin tibbi yardım edib.

“Postlardan birində yüzədək yaralımız var idi. Onları çox çətinliklə, bəzən sürünə-sürünə döyüş meydanından uzaqlaşdırırdım. Özümün də yaralandığımı unutmuşdum. Yalnız müharibə başa çatdıqdan sonra Füzulidəki hospitala getdim, bir müddət orada müalicə olundum”.

Müsahibimiz deyib ki, döyüşlər zamanı insan heç ailəsini, evdə gözləyənlərini, yaxınlarını fikirləşmir, yalnız yanında birlikdə vuruşduğun dostunu, əsgər yoldaşını fikirləşirsən. Yaralananları, şəhid olanları düşünürsən. “Bir birimizi qoruyurduq. Ancaq Vətən sevgisi var idi. Bizi uşaqlıqdan necə vətənpərvər ruhda böyütmüşdülərsə, ancaq istəyirdik ki, torpaqlarımızı düşməndən geri alaq, yanımızdakı dostumuza, qardaşımıza heç nə olmasın. Döyüş meydanından çıxardığım əsgər yoldaşlarım indi də mənə zəng edərək təşəkkürünü bildirirlər. Deyirlər ki, bizi yaralı vəziyyətdə orada qoymamısan, düşmən əlinə keçməmişik. Mən bundan çox qürurlanıram”,- deyə Qarabağ qazisi vurğulayıb.

Döyüşlərdə göstərdiyi şücaətə görə Aqşin Qurbanzadə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see247

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see226

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see224

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see200

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see155

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see148

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see146

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see145

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see141

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see140

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see138

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see137

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see136

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see129

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see128

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri