Bu sənədi almaq istəyənlər daha çox pul ödəyəcək KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin 20 manatdan 30 manata qaldırılması nəzərdə tutulur.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, qanun layihəsində qeyd olunur ki, Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na uyğun olaraq, ev heyvanlarının xarici ölkələrə aparılması müvafiq baytarlıq pasportunun tərtib olunması ilə həyata keçirilir.
Statistik məlumatlara görə, bu istiqamətdə 2024-cü ildə 2073, 2025-ci ildə isə 2114 müraciət əsasında baytarlıq pasportu təqdim edilib. Son illər ərzində edilən müraciətlərin sayının, eləcə də pasportun rəsmiləşdirilməsi üçün sərf olunan maliyyə resurslarının və digər inzibati xərclərin artması səbəbindən dövlət rüsumunun məbləğinə yenidən baxılması zəruri hesab olunub.
Müzakirələrin yekununda səsverməyə çıxarılan qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 18 Noyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















