Icma.az
close
up
RU
Bu şəxslər 6 min manat CƏRİMƏLƏNƏCƏK AzPolitika onlayn siyasiictimai qəzet

Bu şəxslər 6 min manat CƏRİMƏLƏNƏCƏK AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Transfer qiyməti ilə bağlı sənədləri və məlumatları vaxtında təqdim etməyənlər 6 min manat cərimələnəcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Nəzarət olunan xarici müəssisə və əməliyyatlar haqqında arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən və "Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi" Qaydasında nəzərdə tutulmuş sənədləri və məlumatları vergi orqanının tələbi ilə 60 gün müddətində təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qeyd edək ki, hazırda Vergi Məcəlləsinin 57.4-cü maddəsinə əsasən nəzarət olunan xarici müəssisə və əməliyyatlar haqqında arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsinə əsasən "Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi" Qaydasında nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Mövcud təcrübəyə əsasən vergi ödəyiciləri tərəfindən transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi məqsədləri üçün sənədlərlə yanaşı müəyyən məlumat da təqdim edilir və bu səbəbdən Vergi Məcəlləsinin müvafiq maddəsinə dəqiqləşdirici xarakterli dəyişiklik edilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) müvafiq tövsiyə və istiqamətləri nəzərə alınmaqla vergi əməletmə səviyyəsinin artırılması üçün Vergi Məcəlləsinin 57.4-cü maddəsi ilə nəzərdə tutulmuş mövcud maliyyə sanksiyası məbləğinin artırılması məqsədəmüvafiq hesab edilir və eyni zamanda beynəlxaq təcrübə nəzərə alınaraq transfer qiymətlərinin müəyyən edilməsi ilə bağlı sənədlərin və məlumatların (beynəlxalq təcrübədə lokal və master fayllar kimi ifadə olunur) təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.

Digər tərəfdən müvafiq sənəd və məlumatların təqdim edilməsi Vergi Məcəlləsində vəzifə olaraq nəzərdə tutulsa da, onun pozuntusu üçün maliyyə sanksiyası mövcud deyil.

Qeyd edək ki, lokal və master faylları transfer qiymətləri üzrə audit yoxlamaları zamanı yoxlamanın daha əhatəli və resurslara qənaətlə keçirilməsinə şərait yaratması ilə xarakterizə olunur və həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə avtomatik məlumat mübadiləsini həyata keçirmək üçün transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən təqdim edilən hesabatın (CbCR) məqsədlərinə xidmət edir. (Bizim.Media i)

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri