Icma.az
close
up
RU
Bu şəxslər də hərbihəkim komissiyasının müayinəsinə göndərilməyəcək

Bu şəxslər də hərbihəkim komissiyasının müayinəsinə göndərilməyəcək

“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik olunur.

Bakıvaxtı.az xəbər verir ki,  bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş  “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməklə hərbi xidmətdən buraxılan şəxslərlə yanaşı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), xidməti uyğunsuzluğa görə hərbi xidmətdən buraxılanlar da (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.  

Qanun layihəsi III oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Mina Mikayılova

seeBaxış sayı:41
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri