Icma.az
close
up
RU
Bu şəxslər oruc tutarsa, savabdan çox günah qazanmış olar XƏBƏRDARLIQ

Bu şəxslər oruc tutarsa, savabdan çox günah qazanmış olar XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Oruc sağlam insanlar üçün mənəvi və fiziki cəhətdən faydalı olsa da, diabet xəstələri üçün ciddi risklər yarada bilər. Xüsusilə, qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq çətin olan xəstələr üçün oruc təhlükəli ola bilər. Bununla belə, bəzi diabet xəstələri həkim nəzarəti altında müəyyən şərtlərlə oruc tuta bilərlər.

Bəs hansı tip diabet xəstələri üçün oruc qətiyyən məsləhət görülmür və diabetin hansı mərhələsində olanlar nəzarət altında oruc tuta bilərlər?

Yenisabah.az məsələni həkim, professor Adil Qeybulla ilə müzakirə edib. Həkim açıqlamasında bu mövzuya belə münasibət bildirib:

“Oruc tutmaq dini və mənəvi əhəmiyyətə malik olmaqla yanaşı, insanın sağlamlıq vəziyyətinə də təsir edə bilən bir ibadətdir. Ancaq bu ibadət əsasən sağlam insanlara aiddir və bədənin müəyyən fizioloji şərtlərini tələb edir. Xüsusilə də müəyyən saatlarda dərman preparatları qəbul etməli olan şəxslər üçün oruc tutmaq məqsədəuyğun deyil.

Müxtəlif xəstəlikləri olan insanların oruc tutması onların sağlamlığına ciddi təsir edə bilər. Məsələn, şəkərli diabet xəstələri gün ərzində qan şəkərinin balansını qorumaq üçün mütəmadi olaraq qida və dərman qəbul etməlidirlər. Eyni şəkildə, onkoloji xəstələr, yüksək təzyiq və ya böyrək çatışmazlığı kimi xroniki xəstəliklərdən əziyyət çəkənlər, gündəlik müalicə proseslərinə ciddi riayət etməli olduqları üçün oruc tutmaları məsləhət görülmür”.

Həkim onu da vurğulayıb ki, sağlamlığın qorunması dini baxımdan da böyük əhəmiyyət kəsb edir:

“Bədən insana verilmiş bir əmanət kimi qəbul olunur və ona düzgün qayğı göstərmək bir məsuliyyətdir. Xəstələrin öz sağlamlıqlarını qoruması, müalicələrini davam etdirməsi və həyat keyfiyyətlərini yüksək səviyyədə saxlamağa çalışmaları onların oruc tutmasından daha önəmli bir vəzifədir. Belə şəxslər ibadətə alternativ olaraq, daha mərhəmətli və faydalı əməllərlə məşğul ola bilərlər. Məsələn, ehtiyacı olan insanlara yardım etmək, xeyriyyə işləri ilə məşğul olmaq, elm və bilik qazanmaq kimi fəaliyyətlər də mənəvi baxımdan böyük savab qazandırır.

Bununla yanaşı, orucun insan orqanizminə müxtəlif təsirləri olduğu üçün, hər kəs fərdi olaraq öz sağlamlıq vəziyyətini nəzərə almalı və həkim məsləhəti ilə qərar verməlidir. Oruc tutmağın məqsədi insanın həm mənəvi, həm də fiziki olaraq rifahına töhfə verməkdir. Əgər bir insan oruc tutduqda sağlamlığına ciddi zərər dəyirsə, bu zaman orucu tərk edib, başqa xeyirxah əməllərə yönəlməsi daha məqbul sayılır.

Oruc tutmaq hər kəs üçün eyni dərəcədə uyğun deyil və bu ibadət əsasən sağlam insanlara aid edilir. Sağlamlıq vəziyyəti oruc tutmağa imkan verməyən şəxslər isə fərqli yollarla öz imanlarını və xeyirxahlıqlarını göstərə bilərlər. Əsas məsələ insanın həm fiziki, həm də mənəvi olaraq sağlam və balanslı bir həyat tərzi sürməsidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Mart 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see313

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see217

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see199

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see192

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see129

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see129

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see127

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see123

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri