Icma.az
close
up
RU
Bu şəxslər pensiya hüququndan məhrum olacaq

Bu şəxslər pensiya hüququndan məhrum olacaq

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, ona kapital amnistiyası təqdim edilir. O, parlamentdəki çıxışında "Əgər vətəndaş heç vaxt işləməyibsə, heç vaxt sosial sığorta ödəməyibsə, onların pensiya sisteminə cəlb edilməsi hansı təcrübəyə, hansı məntiqə uyğun ola bilər?" fikirlərini səsləndirib.

Maraqlıdır ki, bu gün ölkəmizdə bir çox müəssisələr iş təcrübəsi olmayan şəxsləri işə götürmür. Bu halda işsizlərin işlə təminatı necə həyata keçirilməlidir ki, gələcəkdə pensiya hüququndan istifadə edə bilsinlər?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev fikirlərini Bakues.az-la bölüşüb.

Onun sözlərinə görə, nazirin vurğuladığı fikirlər "Əmək pensiyaları haqqında" və eyni zamanda "Sosial sığorta haqqında" qanunlarına əsaslanıb:

"Şəxsin əmək pensiya hüququnun olması üçün təxminən 25 il əmək stajına sahib olmalıdır. Eyni zamanda pensiya kapitalında 40 320 manat nəzərdə tutulub. Şəxs işləməlidir ki, onun pensiya kapitalından bəlli yığım əldə olunsun və gələcəkdə pensiya ala bilsin. İşləməyən insanlara isə yaşa görə müavinət nəzərdə tutulub".

Ü.Şəfiyev qeyd edib ki, ölkəmizdə işsizlik səviyyəsi statistika olduğu kimi 5.6 faiz təşkil edir. Hökumət işsizliyin aradan qaldırılması üçün hər bir ölkə kimi, Azərbaycan da müvafiq addımlar atır:

"Yeni iş yerlərinin açılması məsələsi bütün ölkələrdə prioritet lərdən biridir. Hər il Azərbaycanın əmək bazarına 100 min işçi daxil olur. Lakin buna baxmayaraq, ölkədə 300 min nəfər işsiz var. Bu şəxslərin işlə təmin olunması üçün addımlar atılır. Sadəcə olaraq, yeni iş yerləri əmək bazarına uyğun kadr hazırlığı fonunda təşkil olunmalıdır. Hazırda ölkədə 60 min işləyən pensiyaçı var. Bu şəxslər pensiyaya çıxanda yerinə işsizlər cəlb oluna bilər".

Sosioloq hesab edir ki, işsizlər əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara sahib olmağa çalışmalıdırlar.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see204

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see183

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see169

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see167

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see155

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see142

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see130

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see130

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see130

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see129

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see128

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see127

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see124

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri