Icma.az
close
up
RU
Bu şəxslər pensiya hüququndan məhrum olacaq KONKRET

Bu şəxslər pensiya hüququndan məhrum olacaq KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, ona kapital amnistiyası təqdim edilir. O, parlamentdəki çıxışında “Əgər vətəndaş heç vaxt işləməyibsə, heç vaxt sosial sığorta ödəməyibsə, onların pensiya sisteminə cəlb edilməsi hansı təcrübəyə, hansı məntiqə uyğun ola bilər?” fikirlərini səsləndirib.

Maraqlıdır ki, bu gün ölkəmizdə bir çox müəssisələr iş təcrübəsi olmayan şəxsləri işə götürmür. Bu halda işsizlərin işlə təminatı necə həyata keçirilməlidir ki, gələcəkdə pensiya hüququndan istifadə edə bilsinlər?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev öz fikirlərini Bakues.az-la bölüşüb.

Onun sözlərinə görə, nazirin vurğuladığı fikirlər “Əmək pensiyaları haqqında” və eyni zamanda “Sosial sığorta haqqında” qanunlarına əsaslanıb:

“Şəxsin əmək pensiya hüququnun olması üçün təxminən 25 il əmək stajına sahib olmalıdır. Eyni zamanda pensiya kapitalında 40 320 manat nəzərdə tutulub. Şəxs işləməlidir ki, onun pensiya kapitalından bəlli yığım əldə olunsun və gələcəkdə pensiya ala bilsin. İşləməyən insanlara isə yaşa görə müavinət nəzərdə tutulub”.

Ü.Şəfiyev qeyd edib ki, ölkəmizdə işsizlik səviyyəsi statistika olduğu kimi 5.6 faiz təşkil edir. Hökumət işsizliyin aradan qaldırılması üçün hər bir ölkə kimi, Azərbaycan da müvafiq addımlar atır.

“Yeni iş yerlərinin açılması məsələsi bütün ölkələrdə prioritet lərdən biridir. Hər il Azərbaycanın əmək bazarına 100 min işçi daxil olur. Lakin buna baxmayaraq, ölkədə 300 min nəfər işsiz var. Bu şəxslərin işlə təmin olunması üçün addımlar atılır. Sadəcə olaraq, yeni iş yerləri əmək bazarına uyğun kadr hazırlığı fonunda təşkil olunmalıdır. Hazırda ölkədə 60 min işləyən pensiyaçı var. Bu şəxslər pensiyaya çıxanda yerinə işsizlər cəlb oluna bilər”, – deyə o, qeyd edib.

Sosioloq hesab edir ki, işsizlər əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara sahib olmağa çalışmalıdırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see144

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see134

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see130

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see125

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see117

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see117

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see115

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see115

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see113

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see113

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see112

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see112

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see112

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri