Icma.az
close
up
RU
Bu şəxslər qanunu pozaraq sahibkarlıq və ya əmək fəaliyyəti ilə məşğul olur Nazir

Bu şəxslər qanunu pozaraq sahibkarlıq və ya əmək fəaliyyəti ilə məşğul olur Nazir

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qanunvericiliyə edilən son dəyişikliklər dövlətin öhdəliyini genişləndirir. Əvvəlki normada bəzi kateqoriyalar göstərilir, digərləri isə sığorta haqqını özü ödəməli olurdu. Amma bu ödənişlərin tətbiqi bəzi dövrlərdə dayandırılmış və ya dondurulmuşdu".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib. Nazir bildirib ki, yeni dəyişikliklə dövlətin öhdəliyi əhəmiyyətli dərəcədə artırılıb:

“Əmək qabiliyyəti olmayan şəxslər, işsizlər, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar, tələbələr və digər geniş əhali qrupları birbaşa dövlətin təminatında olur. Öz hesabına sığortalanan şəxslər isə - yəni rəsmi məşğul olan, əmək müqaviləsi ilə çalışanlar, sahibkarlar, kənd təsərrüfatı ilə məşğul olan ailə təsərrüfatları – qanunla müəyyən edilən qaydada öz haqlarını ödəyirlər. Yeganə istisna - qeyri-formal məşğul olan şəxslərdir. Bu nə deməkdir? Bu şəxslər qanunu pozaraq sahibkarlıq və ya əmək fəaliyyəti ilə məşğul olur, gəlirlərini gizlədir və qeydiyyatdan yayınırlar. Qanun bu şəxsləri məsuliyyət daşıyan kateqoriya kimi müəyyənləşdirir və onların sığortalanması yalnız öz vəsaitləri hesabına, birdəfəlik ödənişlə mümkündür.

Bəzən kimsə bunu hansısa formada işsiz şəxslərə də şamil etmək istəyirlər. Xeyr, qanun birbaşa göstərir ki, işsiz şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, aktiv VÖEN-i olan şəxslər, qeydiyyata duran ailə fermer, kəndli təsərrüfatları da - yəni, rəsmi şəkildə fəaliyyət göstərən bütün şəxslər, habelə işsiz olan şəxlsərin vəsaiti dövlət tərəfindən təmin edilir. Yalnız qanunu pozaraq gəlirini gizlədən şəxslərin sığortalanması özləri tərəfindən birdəfəlik haqq ödənilərək həyata keçirilir”.

S.Babayev qeyd edib ki, bu yanaşmanın məqsədi isə uçotun aparılması və qeyri-formal məşğulluğun rəsmi formaya keçirilməsidir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri