Azərbaycan investorları Türkiyə üzərindən bir sıra bazarlara çıxış əldə edə bilərlər
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan investorları Türkiyə üzərindən Afrika və Yaxın Şərq bazarlarına, eləcə də Gömrük İttifaqı çərçivəsində Avropa İttifaqının 27 ölkəsinin bazarlarına daha rahat çıxış imkanına malikdirlər.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi 39–40 milyard dollar səviyyəsinə çatıb. Hazırda Türkiyədə minlərlə Azərbaycan şirkəti, Azərbaycanda isə minlərlə Türkiyə şirkəti fəaliyyət göstərir ki, bu da iqtisadi münasibətlərin dərinliyini göstərir.
Ö. Bolat qeyd edib ki, investisiyaların artması ticarətin genişlənməsinə birbaşa təsir göstərir və forumun əsas məqsədi də qarşılıqlı yatırımların daha da artırılmasına şərait yaratmaqdır. O, Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, xüsusilə enerji sektorundan kənar sahələrdə atdığı addımların müsbət qiymətləndirildiyini bildirib.
Nazir vurğulayıb ki, Türkiyə iqtisadiyyatının miqyası və beynəlxalq bazarlara inteqrasiya səviyyəsi Azərbaycan iş adamları üçün yeni imkanlar açır və bu potensialdan daha geniş istifadə olunmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 23 Dekabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















