Icma.az
close
up
RU
Bu şəxslər üçün qaz və işıq tarifləri azaldıla bilər

Bu şəxslər üçün qaz və işıq tarifləri azaldıla bilər

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycanda sərhədyanı kəndlərə "Böyük qayıdış"ı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

"Ölkəmizdə 4 244 kənd var. Bu böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevriib. Hökumət Bakının 2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, rayonların cəmi 46 %-nin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min – 100 min arası əhali yaşayır. 4 244 kəndin yalnız 92-də əhali sayı 5 000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır.

2023-cü ildə ölkə əhalisi 3,9 milyard kubmetr, Bakının əhalisi isə 1,4 milyard kubmetr qaz istehlak edil. Yəni, ölkə üzrə təbii qaz istehlakının 36 %-i paytaxtın payına düşür. Bundan başqa, il ərzində əhali ümumilikdə 6,6 milyard kv/saat, Bakı əhalisi isə 2,8 milyard kv/saat elektrik enerjisi istehlak edib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 42 %-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23 %-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq", - o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var: "Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik". (Report)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyun 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri