Bu şəxslərə vacib xəbərdarlıq Təhlükə var!
Icma.az, Yenisabah saytına istinadən bildirir.
“Qanda şəkər normal olsa da, risk davam edə bilər”.
“Yeni Sabah” xəbər verir ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu Natiq Cəfərov qan analizlərində ən çox diqqətdən kənarda qalan göstəricilərdən birinin insulin səviyyəsi olduğunu bildirib.
Onun sözlərinə görə, bir çox pasiyent yalnız qlükoza göstəricisinə diqqət yetirir. Halbuki qanda şəkər normal olduğu halda belə insulin səviyyəsi yüksək ola bilər. Bu vəziyyət isə uzun müddət heç bir ciddi əlamət vermədən metabolik pozğunluqların yaranmasına səbəb ola bilər. pizza hut
Həkim qeyd edib ki, yüksək insulin səviyyəsi qarın tipli piylənmə, şirniyyata güclü meyl, günorta saatlarında halsızlıq və yuxululuq, eləcə də arıqlamaqda çətinlik kimi əlamətlərlə özünü göstərə bilər.
Natiq Cəfərov vurğulayıb ki, insulin müqaviməti vaxtında aşkarlanmadıqda 2-ci tip şəkərli diabet riskini artırır. Bu səbəbdən risk qrupuna daxil olan şəxslərin yalnız qan şəkərini deyil, insulin səviyyəsini də yoxlatdırmaları vacibdir.
Endokrinoloq əlavə edib ki, erkən diaqnostika gələcəkdə yarana biləcək fəsadların qarşısının alınmasında mühüm rol oynayır.
Baxış sayı:113
Bu xəbər 07 İyun 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















