Bu şəxslərə yaşıl lobya yemək olmaz
Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaşıl lobya ən faydalı tərəvəzlərdən biridir.
Kalium, maqneziumun və liflərin sayəsində yaşıl lobya ürək-damar sisteminə çox müsbət təsir edir – təzyiq və xolesterinin səviyyəsini salır, damarları təmizləyir, infarktan qoruyur.
Saglamolun.az bildirir ki, fol turşusu ilə zəngin olan bu tərəvəz qanazlığı zamanı çox faydalıdır.
Lobya orqanizmi ziyanlı maddələrdən təmizləyir, sidikqovucu təsirə malikdir.
Yaşıl lobya bağırsaqları yaxşı işlədir, qəbizlikdən azad edir.
Yaşıl lobya təbii antidepressant sayılır.
Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq bəzi xəstəliklər zamanı yaşıl lobyanın istehlakı tövsiyə edilmir. Bu xroniki qastrit, mədə və 12 barmaq bağırsağı xorası, kolit və xolesistit kimi xəstəliklərə aiddir.
Saglamolun.Az
Baxış sayı:107
Bu xəbər 15 Noyabr 2024 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















