Bu şəxslərin əmək haqqı ödənişləri 40% artıb
Icma.az, Pravda.az saytına istinadən bildirir.
2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 2 milyon 701 min manat, sosial fondlara ayırmalar isə 550 min manat təşkil edib.
Bu barədə qurumun maliyyə hesabatında bildirilib.
Qeyd edək ki, əmək haqqı xərcləri əvvəlki illə müqayisədə 40%, sosial fondlara ayırmalar isə 35.1% artıb.

