Icma.az
close
up
RU
Afrika tədricən iki yerə bölünür: Alimlər nəhəng yarığın izinə düşüb

Afrika tədricən iki yerə bölünür: Alimlər nəhəng yarığın izinə düşüb

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şərqi Afrikanın dərinliklərində baş verən nəhəng geoloji proseslər qitənin parçalanma sürətini artırır. Alimlər bildirirlər ki, 22 milyon ildir davam edən Şərqi Afrika Yarığı Sistemi (East African Rift System) yeni bir okean və qitənin formalaşmasına səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, Yer kürəsinin dərinliklərindəki gizli qüvvələr, Şərqi Afrikada qitəni yavaş-yavaş iki yerə ayıran böyük bir geoloji prosesə təkan verib. Bu hərəkət, Afrika Böyük Göllər bölgəsindən keçən, uzunluğu 3.200 kilometr olan və təxminən 22 milyon il əvvəl yaranmağa başlayan Şərqi Afrika Yarığı Sistemi ilə əlaqəlidir.

Bu yarıq Afrika lövhəsini iki hissəyə ayıran Somali və Nubiya tektonik plitələri arasındakı sərhədi təşkil edir. Bu plitələr hər il təxminən 0,5 sm – insan dırnağının uzanma sürətinə yaxın – məsafədə bir-birindən uzaqlaşır. Bu ayrılma, qitə qabığında dərin çatlaqların yaranmasına səbəb olur.

Alimlər bu prosesin səbəbi kimi "Afrika superplumu" adlandırılan, qismən ərimiş və yüksək temperaturda olan nəhəng bir qaya kütləsinin Yerin mantiyasından yuxarıya doğru qalxmasını göstərirlər. Bu qalxma Yer qabığının zəifləməsinə, onun çatlamasına və qırılmasına səbəb olur.

Afrika yeni bir okeana və qitəyə parçalanır?

Aparılan tədqiqatlar göstərir ki, bu yarıq gələcəkdə – bir neçə milyon il ərzində – yeni bir okean hövzəsinə çevrilə bilər. Belə bir ssenari, Somali, Efiopiyanın şərqi, Keniya və Tanzaniya kimi əraziləri yeni bir quru sahəsinə çevirərək, Şərqi Afrikanın parçalanmasına səbəb ola bilər.

Qlazqo Universitetindən bir tədqiqat qrupu Keniyada yerləşən Menengai geotermal bölgəsindən topladıqları qaz nümunələrində Yerin dərinliklərindən gələn neon izotoplarını analiz ediblər. Bu analizlər sübut edib ki, baş verən geoloji hərəkətlər səthə yaxın deyil, Yerin mantiyasının dərinliklərində formalaşır.

Tədqiqatın rəhbəri professor Fin Stüart vəziyyəti belə izah edir: "Dərinliklərdəki nəhəng isti qaya kütləsi plitələri bir-birindən ayırır və Şərqi Afrikanı normal səviyyədən yüzlərlə metr yüksəkdə saxlayır.” Alimlər əldə etdikləri kimyəvi məlumatlarla superplum nəzəriyyəsini təsdiqləyərək Şərqi Afrika Yarığı Sistemi ilə əlaqəsini sübut etmiş olublar.

Yaranan böyük çatlaqlar prosesi sürətləndirir

Son illərdə bölgədə yaranan böyük çatlaqlar bu geoloji prosesin sürətləndiyini göstərir. 2005-ci ildə Efiopiyanın Afar bölgəsində baş vermiş 400-dən çox zəlzələ nəticəsində 55 kilometr uzunluğunda bir çatlaq əmələ gəlib. 2018-ci ildə Keniyanın Böyük Rift Vadisində yaranan böyük çatlaq isə nəqliyyatın iflic olmasına səbəb olaraq qitənin bölünmə prosesinin davam etdiyini sübut edib.

Alimlər hesab edirlər ki, zaman keçdikcə bu yarıq boyunca Qırmızı dəniz və Hind okeanı suları əraziyə dolacaq və yeni bir okean yaranacaq. Dəniz geofiziki Ken Makdonald bu barədə deyir: "Ədən körfəzi və Qırmızı dənizdən gələn sular Afar bölgəsi üzərindən Şərqi Afrika Yarığına axacaq və yeni bir okean formalaşacaq. Nəticədə, Şərqi Afrikanın bu hissəsi müstəqil bir qitəyə çevriləcək.”

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 May 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri